Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı …
Read More »YAP 50 min seçicinin imzası olduğu vərəqələri MSK-ya təqdim edib
Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib. Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici …
Read More »Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb – SİYAHI
Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da …
Read More »Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Read More »Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaq
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Read More »MSK sədri: “Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar atılır”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu, MSK sədrinin Ekspert qrupu üzvlərinə müraciətində əksini tapıb. Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə – 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ərəfəsindədir: “Seçkilər ilk dəfə ölkəmizin suverenliyi …
Read More »Prezident İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: https://www.instagram.com/p/C1SGY5wNeX2/?utm_source=ig_embed&ig_rid=3151038d-994a-4638-ac2e-75fea2756363&ig_mid=AF30B819-64BA-4C25-91DC-731F6E228A88
Read More »Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək
Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar …
Read More »Ödəniş xidmətləri və sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək
Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri …
Read More »Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib
Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək. Bununla yanaşı, …
Read More »