Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Azərbaycan Prezidenti: “Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq”

Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. “Bugünkü oyunun nəticələrindən asılı …

Read More »

Şuşadakı ilk yeni yaşayış kompleksinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır

Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 …

Read More »

Azərbaycan lideri Şuşanın Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verildi. Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə …

Read More »

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib.

Read More »

Azad edilmiş ərazilərdə Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyətə başlayacaq

Azad edilmiş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, AzQAC-ın “Böyük Qayıdış” layihəsi çərçivəsində üç şəhərdə ofis inşa etməsi gözlənilir.

Read More »

Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prezident və birinci xanım Xocavəndin Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər. Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il …

Read More »

Prezident və birinci xanım Xocavənd və Xocalı rayonlarına səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

Read More »