Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri birgə tədbir keçirib. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, əbədiyaşar liderin və qəhrəman Vətən övladlarının əziz xatirələrinə dərin ehtiram ifadə olunub. İştirakçılar dahi şəxsiyyətin və bütün şəhidlərimizin əziz xatirələrini …
Read More »Qərbi Azərbaycan Xronikası: Ermənistanla çar Rusiyasının məxfi Azərbaycan planı – VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Boyukmillet.com xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarixçi-alim, 1988-ci ildə Zəngəzur mahalının Qafan rayonundan olan Cəbi Bəhramov Qərbi Azərvaycanın tarixindən, coğrafi-siyasi əhəmiyyətindən, daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planından söz açıb. O, Azərbaycan torpaqlarının tarixdə dəfələrlə işğala məruz qalmasının səbəblərini, Ermənistan adlanan dövlətin heç vaxt mövcud olmadığını, erməni tarixinin …
Read More »“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib
Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, dövlət rəsmiləri və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak ediblər. Tədbirdə əvvəlcə ümummilli …
Read More »İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb
Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb. Boyukmillet.com-un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb
Read More »QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb
QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb. Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb. Qərar dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və …
Read More »Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib, nazir vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edilib
İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Read More »İlham Əliyev “Togg” elektromobilini idarə edib
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşüb. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim edib. Dövlət başçısı “Togg” elektromobilini idarə …
Read More »Prezident: “Vətən müharibəsindən sonra mina terrorundan 300-ə qədər azərbaycanlı həlak olub və ya ağır yaralanıb”
“Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir. “Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina …
Read More »İlham Əliyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı …
Read More »Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən hər il 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. 2023-cü il …
Read More »