“Bu gün şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət təqdirəlayiqdir. Mən özüm də bir qazi kimi məhz bu qayğı ilə əhatə olunmuşam”. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində iştirak edən bütün şəhid və qazilər əsl fədakarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdirib. Qazimizin sözlərinə görə, məhz Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaəti sayəsində düşmən ya məhv edilib, ya da hərbçilərimizin …
Read More »Vaxtilə Ermənistanda tərtib olunmuş vətəndaşlıq vəziyyəti aktlarında yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun yazılacaq
Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edəcək və müvafiq şəhadətnamə verəcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda öz əksini tapıb. Qərarda …
Read More »Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib. Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-ci il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü …
Read More »Dövlət Komitəsi Ağalı kəndinə köçlə bağlı məlumat yayıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kəndinə köçlə bağlı məlumat yayıb. Dövlət Komitəsindən bildirilib ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başlayıb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin …
Read More »Azərbaycan lideri: “Erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur”
“Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr …
Read More »Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub
Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib. Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”
“İşğal dövründə tamamilə dağıdılan Zəngilan şəhərində ekosistemin bərpası üçün 20 min çinar ağacı, 1 000 kiloqrama yaxın palıd toxumu əkilib”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildiirlib ki, bunun əsas məqsədi ətraf mühitin bərpası və meşələrin qurulmasıdır: “Bununla yanaşı, şəhərin baş planı hazırlanıb. Plan …
Read More »Tərtər və Daşkəsən şəhərlərinin Baş planları təsdiqlənib
Tərtər şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Tərtər şəhərinin Baş planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Digər qərarla Daşkəsən şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Daşkəsən şəhərinin Baş planı” təsdiq olunub.
Read More »Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Fondun gəlirləri 15 985 652,3 min manat, xərcləri isə 11 382 683,9 min manat və yaxud Fondun ötənilki büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.
Read More »DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı bu məsələyə də toxunub. Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi …
Read More »