Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, …
Read More »Azərbaycan Prezidenti: “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb”
Sentyabra qədər (2023-cü il – red.) getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, …
Read More »Dövlət başçısı fevralda keçiriləcək növbədənkənar seçkiləri şərtləndirən əsas amilləri açıqlayıb
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir. Dövlətimizin …
Read More »Prezident: “Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi”
Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər …
Read More »Perinatal Mərkəzdə yanğınla bağlı 3 vəzifəli şəxs işdən azad edilib, ev dustaqlığı növündə qətimkan tədbiri seçilib
“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Xəbər verildiyi kimi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin …
Read More »Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər yayıb.
Read More »Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib
Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bəyanat forumun ümumrespublika forumunda qəbul olunub. Forumda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevə dəstək ifadə olunub. Bəyanatda qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu 25 ildir ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif …
Read More »Gələn həftədən prezident seçkilərinin təşviqat kampaniyası başlayır
Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com-un xəbərinə görə, prosesə yanvarın 15-də start veriləcək. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan …
Read More »Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 9-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 177 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 21 …
Read More »Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb
Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. Boyukmillet.com-un xəbərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının …
Read More »