Şənbə , 16 Noyabr 2024

Diaspor

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un Türkiyə bürosunun xəbərinə görə, “Şuşa” Azərbaycan Evinin açılışının bədii hissəsi olaraq keçirilən konsert həm də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilib. Konsertdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Talas rayon bələdiyyəsinin …

Read More »

ABŞ-nin daha bir şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalanıb

ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar iki bəyannamə imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən dəhşətli qətliam hesab etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə günahsız insanın Ermənistanın etnik …

Read More »

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan …

Read More »

Mayisə Ağamirzəyeva: Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlib

Bu gün Niderlandda soydaşlarımız “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Haaqadakı səfirliyi qarşısında bu ölkənin mina terroruna diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək. Birliyin sədri Mayisə Ağamirzəyeva “Report”un yerli bürosuna müsahibəsində aksiyanın məqsədləri barədə danışıb: – “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu nümayişin məqsədləri barədə ətraflı məlumat verə bilərsinizmi? – Etiraz aksiyamız bu bazar günü, yanvarın …

Read More »

Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub. Tədbirdə “Sankt-Peterburq və Leninqrad vilayəti …

Read More »

Beynəlxalq hüquq üzrə ekspert Paris merini Azərbaycana qarşı qərəzdən əl çəkməyə çağırıb

Almaniyada yaşayan diaspor fəalı, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər anti-Azərbaycan mövqeyi nümayiş etdirən Paris meri Ann İdalqoya etiraz məktubu ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, o, məktubunda bildirib ki, sosial media şəbəkələrində COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli və yersiz çağırışlar səsləndirən Paris merinin hərəkətləri qəbuledilməzdir. Merin həmişə dəstəklədiyi Ermənistanın Azərbaycanın xeyrinə olaraq COP29-un ev sahibliyinə namizədliyini …

Read More »

Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb. Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk …

Read More »

Samarada Heydər Əliyevin 100 illiyi qeyd edilib

Rusiyanın Samara şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Samara vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan Mədəniyyəti Günləri” keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, “Samara vilayəti Azərbaycanlıları Liqası”nın təşkilatçılığı ilə öncə “Azərbaycan Mədəniyyəti Günləri” çərçivəsində Samara Dövlət İdarəçiliyi Universitetinin “Beynəlxalq Bazar İnstitutu”nda “Rusiya-Azərbaycan: dünən, bugün, sabah. Diaspora …

Read More »

İsveçdə Azərbaycan Milli Hökumətinə həsr edilmiş seminar keçirilib

İsveçin paytaxtı Stokholmda Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci illiyinə həsr olunmuş seminar keçirilib. Boyukmillet.com  xəbər verir ki, tədbiri İsveçdə çıxan “Tribun” dərgisi Redaksiya Heyətinin təşəbbüsü və Tədarük Komitəsi təşkil edib. Seminarda “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, Süheyla Əzizi iştirakçıları seminarın gündəliyi ilə tanış edib. Doktor Yunis Leysi Dərilu Azərbaycan Milli Hökumətinin qurulması, fəaliyyəti və süqutundan sonrakı dövrlərdə Seyid Cəfər …

Read More »

İsraildə Heydər Əliyev və Azərbaycan yəhudiləri mövzusunda fotosərgi açılıb

İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərginın açılış mərasimi keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin keçdiyi həyat yolunu, siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, …

Read More »