Çərşənbə , 25 Dekabr 2024

Digər ölkələr

Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var

Britaniya XİN hesab edir ki, Tayvan boğazında Çin Silahlı Qüvvələrinin keçirdiyi təlimlər regionda gərginliyi artırır. Boyukmillet.com xəbər verir ki, Forin Ofisinin yaydığı bəyanatda London Pekini gələcək eskalasiyanı təhdid edən hərəkətlərdən çəkinməyə çağırır. “Çinin Tayvan adası ətrafında Tayvan boğazında gərginliyi və təhlükəli eskalasiya riskini artıran hərbi təlimlərindən narahatıq”, – sənəddə deyilir. “Hesab edirik ki, Tayvan məsələsi Tayvan boğazının hər iki tərəfində yaşayan …

Read More »

Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək

Kanada hakimiyyəti ərazisində öz vətəndaşlarına qarşı təhdidlərə və zorakılığa dözməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo Ottavanın Hindistanın 6 diplomatını ölkədən çıxarmaq qərarını şərh edərkən deyib. “Biz heç vaxt xarici hökumətin Kanada torpaqlarında Kanada vətəndaşlarını təhdid etmək və ya ölümündə iştirakına dözməyəcəyik. Bu, Kanada suverenliyinin və beynəlxalq hüququn son dərəcə qəbuledilməz pozulmasıdır”, – Trüdo deyib.

Read More »

Almaniya Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirmək üçün 360 milyon avro ayıracaq

Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib. “Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam”, – Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan …

Read More »

Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq

Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb”, – sənəddə …

Read More »

Polşa şərq sərhədində mina sahələri yaradacaq

Polşa şərq sərhədində “Şərq qalxanı” mühəndis qurğuları kompleksinin bir hissəsi olacaq mina sahələri yaradacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb. “Saat 13.00-da Ojişdəki poliqonda “Şərq qalxanı” elementlərinin sınaqdan keçiriləcəyi təlimlər başlayacaq”, – məlumatda bildirilib. Bu elementlər beton kirpilər, tank əleyhinə xəndəklər və minalanmış sahələrdir. Daha sonra onlardan “Şərq qalxanı”nı təchiz etmək üçün istifadə edilməsi planlaşdırılır. Bundan …

Read More »

Seul KXDR-in Cənubi Koreyaya gedən yolları partladacağını güman edir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) iqtidarının ölkəni Koreya Respublikası ilə birləşdirən yollarını partlatmağa hazırlaşdığı güman edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən bildirib. “Koreya Xalq Ordusunun 9 oktyabr tarixli bəyanatından sonra onların hərbi qüvvələri Könison və Tonhe xətləri boyunca yolların partladılması ilə əlaqəli olduğu güman edilən fəaliyyətlə məşğuldurlar”, – bəyanatda deyilir. …

Read More »

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb, ada mühasirəyə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” ÇXAO-nun Şərq Döyüş Komandanlığı Zonasının bəyanatına istinadən məlumat yayıb. “Təlimlər həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi (Çinin – red.) qorumaq üçün qanuni və zəruri bir tədbirdir”, – Çin …

Read More »

Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb

Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb. Boyukmillet.com xəbər verir ki, bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub. Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası …

Read More »

Almaniyada attraksion yanğınında 11 nəfər yaralanıb

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal torpağının Ler şəhərində “Qorxu yolu” attraksionunda baş vermiş yanğın nəticəsində azı 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir. Polisin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Friziya bölgəsinin ən böyük xalq bayramında baş verib ki, bu bayram hər il Ler şəhərinə təxminən yarım milyon qonaq cəlb edir. …

Read More »