Bazar , 19 May 2024

Digər ölkələr

Bayden Salman Rüşdiyə sui-qəsd cəhdindən sarsılıb

ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar. “Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik”, – Amerika lideri bildirib. Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə …

Read More »

İsraildə atışma zamanı 7 nəfər yaralanıb

İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub. Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet …

Read More »

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib. “Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib. Onun sözlərinə görə, …

Read More »

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Mali hökumətinin bəyanatına istinadən məlumat yayıb. Qeyd olunur ki, silahlılarla qarşıdurma zamanı Mali təhlükəsizlik qüvvələri hücum edənlər arasından 37 nəfəri məhv etməyə nail olub. Respublika hakmiyyəti həlak olan hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib. Silahlıların hücumu avqustun …

Read More »

Yaponiya hökuməti tam tərkibdə istefa verib

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Boyukmillet.com” “Kyodo” xəbər agentliyinə istinadən məlumat verir. Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir. Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini …

Read More »

Əfqanıstanın paytaxtında partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amad News” agentliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə Kabilin 5-ci məhəlləsində olub. Partlayışın səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Radikal “Taliban” hərəkatının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.

Read More »

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər verib. Məlumata görə, İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə dünən törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb. Kabil polisinin sözçüsü Xalid Zadran tviter hesabında partlayış zamanı iki nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib. Daha əvvəl bildirilib ki, partlayış Kabil şəhərinin qərbində baş verib, ölən və yaralananlar var. Parlamentin …

Read More »

İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb

Əgər “İslami Cihad” terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq. Bu barədə Boyukmillet.com İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsinə istinadən xəbər verir. Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq. “Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik”, – Liberman …

Read More »

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib. “Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı …

Read More »

İsrail ordusu Qəzza zolağına zərbələr endirir

İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağındakı hədəflərə zərbələr endirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “ÇAXAL hazırda da Qəzza zolağına zərbələr endirir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”, – İsrail Müdafiə Ordusunun məlumatında deyilir.

Read More »