Cümə , 27 Dekabr 2024

Digər ölkələr

Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Yaxşı fikirdir” milyarder Orbanın “X”də yazısını şərh edib. Şərhində Macarıstanın Baş naziri bildirib ki, Avropa İttifaqından Budapeştə təzyiqlər davam etdirərsə, ölkəsi qeyri-qanuni miqrantları Brüsselin əsas meydanına göndərəcək. …

Read More »

İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib

Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Vurğulanıb ki, Qəzza zolağında və Fələstin anklavı sərhədləri boyunca əməliyyatın başlanmasından bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb. Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail …

Read More »

TDT Qazaxıstanda AES-in tikintisi ilə bağlı referenduma müşahidəçilər göndərəcək

Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı keçiriləcək ümumxalq referendumuna müşahidəçilər göndərəcək. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi Muxtar Yerman bu gün komissiyanın iclasında deyib. O qeyd edib ki, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) də müşahidə missiyaları referendumu izləmək üçün …

Read More »

İsrail Qəzzada məktəbə hava zərbələri endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib. “İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. …

Read More »

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların Ukraynaya ayrılmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bundan əlavə, bildirilib ki, o, Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etmək üzrə təliminin genişləndirilməsini tapşırıb.

Read More »

İsrailin Livanın şərqinə hava hücumları nəticəsində 23 nəfər ölüb

İsrailin Livanın şərqinə hava hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.Məlumata görə, ölənlər Yunin kəndindəki evlərdən birinin zirzəmisində yaşayan suriyalı qaçqınlardır.Qeyd edilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Məlumata görə, beş livanlı da yaralanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.Bundan əlavə, qonşu Şaat qəsəbəsində partlayışdan sonra uçan binaların dağıntıları altından …

Read More »

Dövlət Departamenti Rumıniyaya 920 milyon dollar ayrıldığını təsdiqləyib

ABŞ xarici dövlətlərə maliyyə hərbi yardım proqramı çərçivəsində Rumıniyaya silahlı qüvvələrinin modernləşdirilməsi üçün 920 milyon dollar məbləğində kredit verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyanatında bildirib. “Rumıniya ABŞ-nin dəyərli NATO tərəfdaşı və müttəfiqidir və bu əhəmiyyətli kredit sazişi NATO-nun şərq cinahını daha da gücləndirəcək. Rumıniya silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirmə proqramını həyata keçirir, …

Read More »

İsrailin hücumu nəticəsində Livanın cənubunda 11 nəfər yaralanıb

Livanın cənubunda yerləşən Aytarun yaşayış məntəqəsi İsrail Silahlı Qüvvələrinin hava hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. “Al Jadeed” telekanalı isə ölkənin cənub bölgəsindəki bəzi ərazilərə bir neçə dəqiqə ərzində ən azı 50 zərbənin endirildiyini bildirib. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin Hərbi Hava Qüvvələrinə məxsus onlarla …

Read More »

SEPAH üzvlərinə rabitə cihazlarından istifadə etmək qadağan edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda texniki rabitə vasitələrinin partlamasından sonra öz hərbçilərinə istənilən növ rabitə cihazlarının istifadəsini qadağan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İranın təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, SEPAH rabitə cihazlarının və demək olar ki, bütün texniki avadanlıqların genişmiqyaslı yoxlanılmasına başlayıb. Qurumun rəhbərliyi baş verənlərdən narahatdır və “Hizbullah”dan texniki ekspertizanın nəticələrini istəyib. SEPAH …

Read More »