Şənbə , 4 Yanvar 2025

Digər ölkələr

Meksikada həbsxanaya hücum zamanı ölənlərin sayı 19-a çatıb

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya yanvarın 2-də silahlı hücum nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kressensio Sandoval məlumat verib. Xatırladaq ki, hücum iştirakçılarının köməyi ilə 25 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb. Bildirilib ki, nəticədə 10 gözətçi, 7 məhbus və hücumda iştirak edən 2 şəxs həlak olub. Meksikanın …

Read More »

NATO Baş katibi: “Bəzi ölkələr müdafiə xərclərinin artırılmasını tələb edir”

“NATO üzvü olan bir çox ölkə müdafiə xərclərinin ÜDM-in azı 2 %-nə qədər artırılmasını tələb edir”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O, hazırkı mərhələdə alyansın hansı ölkələrinin bununla bağlı düzəlişlərdə israrlı olduğunu dəqiqləşdirməyib. “Deutche Welle”in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Alyansının müdafiə xərclərinin artırılmasını istəyən ölkələr Polşa, Litva və Böyük Britaniyadır. Digər …

Read More »

KİV: “Böyük Britaniya bu il ciddi ressesiya ilə üzləşə bilər”

Böyük Britaniya 2023-cü ildə “Böyük Yeddilik” (G7) ölkələri arasında ən ciddi ressesiya ilə üzləşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşrin əksər ekspertlərinin fikrincə, Britaniyada pandemiyanın nəticələri və Ukraynadakı münaqişə nəticəsində yaranan inflyasiya şoku İngiltərə Bankını yüksək faiz dərəcələrini saxlamağa sövq edəcək. Böyük Britaniya hökuməti isə sərt vergi siyasətinə riayət edəcək.

Read More »

Britaniyada hər həftə 500 insan təcili yardım ala bilmədiyi üçün ölür

Böyük Britaniyada hər həftə 500-ə qədər insan vaxtında təcili yardım göstərilmədiyi üçün ölür. Boyukmillet.com xəbər verir ki, bunu Kral Təcili Tibbi Yardım Kollecinin prezidenti, baş tibb işçisi, həkim Adrian Boyle “The Telegraph” nəşrinə bildirib. Mütəxəssis qeyd edib ki, şiddətli qrip mövsümü nəticəsində səhiyyə sisteminin fəaliyyəti daha da çətinləşib və bu, yüzlərlə insanın ölümə səbəb olub. “Hazırda səhiyyə sisteminin işinə ikiqat …

Read More »

Türkiyə XİN başçısı Yunanıstana xəbərdarlıq edib: “Macəra axtarmağa ehtiyac yoxdur”

“İlin əvvəlində Yunanıstanla dialoq xətlərini işə saldıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Yunanıstanın təxribatları nəticəsində dialoq məsələsi arxa plana keçdi: “Yunanıstanın BMT-yə göndərdiyi məktublar tamamilə siyasi motivlidir. Həmin məktublarda hüquqi yanaşma yoxdur”. M.Çavuşoğlu həmçinin Yunanıstana xəbərdarlıq edib: “Macəra axtarmağa ehtiyac yoxdur. Bunun sonu yaxşı …

Read More »

Quzey Kıbrıs XİN: “Suveren bərabərliyimizin tanınması ilə bağlı siyasətimiz prinsipial məsələdir”

Avropa İttifaqı (Aİ) Ümumi İşlər Şurasında alınan qərarla, qərardan sonra Rum Administrasiyasının (GKRY)  Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanı tamamilə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir. Açıqlaamda qeyd olunur ki, Aİ-nin öz prinsiplərinə zidd olaraq qərar və bəyanatlarının yeganə məqsədi Kopenhagen kriteriyalarına uyğun gəlməyən, genişlənmə tələb edən Almaniyanı məmnun etmək …

Read More »

Türkiyə XİN-dən XƏBƏRDARLIQ: “Bu addımlar Şərqi Aralıq dənizində gərginliyi artıracaq”

Heç bir ölkə, şirkət və ya gəmi Ankaranın icazəsi olmadan Şərqi Aralıq dənizində Türkiyə şelfində enerji ehtiyatlarının kəşfiyyatı və hasilatı ilə məşğul olmaq hüququna malik deyil.  Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Kipr Rum administrasiyasının Şərqi Aralıq dənizində birtərəfli hərəkətlərini şərh edərkən deyib. O vurğulayıb ki, Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin …

Read More »

İran məhkəməsi Lüksemburq vətəndaşı barəsində edam hökmü çıxarıb

İran məhkəməsi Lüksemburq vətəndaşı barəsində edam hökmü çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Lüksemburqun Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirlik bu hökmü sərt şəkildə qınayaraqAvropa Birliyinin İrandakı etirazçı aksiyalarına dəstək səylərini alqışlayıb. Məlumata görə, ölkənin xarici işlər naziri Jan Asselborn məsələni iranlı həmkarı Hüseyn Əmir Abdullahianla müzakirə edib. Bildirilib ki, son etiraz aksiyaları zamanı Avropa İtifaqı ölkələrinin vətəndaşı İranda …

Read More »

Zelenski müharibə başlayandan sonra ilk dəfə Ukraynanı tərk edəcək, Vaşinqtonda Baydenlə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtona səfər edərək ABŞ lideri Cozef Baydenlə görüşəcək. Bu barədə Boyukmillet.com “Axios”a istinadən xəbər verir. Qeyd edilir ki, Ukrayna lideri ABŞ Konqresində çıxış etmək niyyətindədir. Nəşr yazır ki, səfərlə bağlı məlumat Kapitol polisinin rəhbərliyindəki bir neçə mənbə tərəfindən təsdiqlənib. Hazırda polis təhlükəsizliyi gücləndirmək üçün çalışır. Ukrayna rəhbərinin amerikalı tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edəcəyi, həmçinin …

Read More »

ABŞ BMT-ni Rusiyanın Ukraynada İran dronlarından istifadə etməsini araşdırmaq istəməməkdə ittiham edir

ABŞ hesab edir ki, BMT-nin Baş katibi Antoniu Quterreş Moskvanın təzyiqinə tab gətirmədiyinə görə o, Rusiyanın İran dronlarından istifadə etməsini yoxlamaq üçün Ukraynaya rəsmilər göndərməyib. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna Rusiyanın İran istehsalı dronların tədarükünün BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təmin edən qətnaməsini pozduğunu bildiriblər. Bu ölkələr Quterreşdən araşdırma …

Read More »