Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Ermənistandan Avstraliyaya tiryək göndərmək istəyən iranlı saxlanılıb

Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb. “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında …

Read More »

ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır

ABŞ Sakit okean regionunda narkotik vasitələrinin ticarətini azaltmaq üçün regionun ada dövlətləri ilə əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib. “Birləşmiş Ştatlar narkotik vasitələrin ticarəti ilə mübarizəyə dəstək verməkdə qətiyyətlidir və gələn həftə Sakit okean regionunda narkotik vasitələrlə bağlı qanunların icrasının təmin edilməsi tədbirləri barədə açıqlama verəcək”, – o bildirib. K.Kempbellin sözlərinə görə, …

Read More »

Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O bildirib ki, Macarıstan XİN başçısı Rusiya-Ukrayna müharibəsi barədə bu gün Brüsseldə baş tutan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb. P.Siyarto çıxışı zamanı video …

Read More »

Baş nazir: Terror aktı törədənlər Pakistanla Çin arasında gərginlik yaratmaq istəyirlər

Pakistanın Bəlucistan əyalətində terror aktları törədən silahlılar Pakistan-Çin iqtisadi dəhlizinin inkişafını ləngitmək məqsədi güdürlər. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. Baş nazir vurğulayıb ki, iki ölkə Bəlucistandakı dərin dəniz limanına külli miqdarda investisiya yatırıb. Onun sözlərinə görə, yaraqlıların hədəfi regionda qızıl və mis mədənlərinə sahib olan İslamabad və Pekin arasında gərginlik yaratmaqdır.

Read More »

Frank Şvabe Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinin bəyanatına Almaniya Parlamentinin üzvü Frank Şvabe “X” platformasında cavab verib. “Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir. Güman edirəm ki, mənim Azərbaycana giriş qadağası daha çox qüsursuz diktaturanın əlamətidir” , o qeyd edib. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına …

Read More »

Moldovada elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb

Rusiyanın Ukraynanın mühüm enerji infrastruktur obyektlərinə kütləvi zərbə endirməsi nəticəsində Moldovanın enerji sistemində fasilələr qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın “Moldelectrica” ​​dövlət enerji müəssisəsi məlumat yayıb. Vəziyyətin nəzarət altında olduğu bildirilib. “Kiçik fasilələrin öhdəsindən gəlmək üçün kifayət qədər istehsalımız var”, – məlumatda qeyd edilib.

Read More »

Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib

“Telegram”ın təsisçisi Pavel Durov Fransada “persona non qrata” (arzuolunmaz şəxs) elan edilmişdi. İş adamı öz statusunu öncədən bilirdi. Lakin buna baxmayaraq, onun təyyarəsinin bu ölkəyə niyə uçduğu məlum deyil. Bildirilir ki, rəsmi Paris Aİ-nin “Telegram”a qarşı sanksiyalar tətbiq etməsi üçün Durovun məhkəməsindən istifadə edə bilər. Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib …

Read More »

İsrail XİN-in başçısı “Hizbullah”la mübarizədə ölkəsinə dəstək istəyib

İsrail dünyanın onlarla ölkəsinin hökumətindən “Hizbullah”radikal hərəkatına qarşı mübarizədə onu dəstəkləmələrini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə yəhudi dövlətinin Xarici İşlər Nazirliyi “X ” sosial şəbəkəsində məlumat yayıb. XİN-in açıqlamasında qeyd olunur ki, nazirliyin rəhbəri İsrael Katz İsraili dəstəkləmək üçün həmkarlarına müraciət edib. O, yəhudi dövlətinin səlahiyyətlilərinin yaxınlaşan hücumla bağlı məlumatların nəhayət təsdiqlənməsindən sonra fəaliyyətə başladığını və “onu pozmaq üçün …

Read More »

İsrail ordusunun onlarla qırıcısı “Hizbullah”a zərbələr endirir

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda “Hizbullah” radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir. “Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və “Hizbullah” terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, – sənəddə qeyd olunur.

Read More »

KİV: ABŞ “Hizbullah”la qarşıdurmada İsraili dəstəkləməyə hazırdır

ABŞ Livanın “Hizbullah” hərəkatı ilə münaqişəsində İsrailin müdafiəsini dəstəkləməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yahoo News” portalı Pentaqon nümayəndəsi Patrik Pet Rayderin açıqlamasına istinadən xəbər verir. “Vəziyyəti diqqətlə izləməyə davam edirik və ABŞ-nin İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu çox açıq şəkildə göstəririk”, – açıqlamada deyilir.

Read More »