Çərşənbə , 30 Oktyabr 2024

Digər ölkələr

Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər

Amerika Birləşmiş Ştatları regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yarada bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq razılaşmaya dair maddə tərəflərin Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatında yer ala bilər. Yeni struktur …

Read More »

Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Malidə yaraqlıların pusqusu nəticəsində “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb. Boyukmilllet.com xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz teleqram kanalında məlumat verib. “Yaraqlılar qum fırtınası zamanı hücuma keçərək taktiki sürprizə nail olublar. Həmçinin xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında məşhur “Lotus” da var …

Read More »

İsrail gəmisi “Hizbullah”a məxsus kəşfiyyat PUA-sını raketlə vurub

“Hizbullah” silahlı milislərinin pilotsuz uçuş aparatı (PUA) Aralıq dənizi üzərində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin atdığı raketlə vurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.Məlumata görə, PUA İsrailin eksklüziv iqtisadi zonasının üstündəki hava məkanına daxil olub və dənizdəki “Kariş” yatağının ərazisindəki qaz platformasına doğru irəliləyib.Telekanal qeyd edir ki, vurulan PUA kəşfiyyat xarakterli olub və hədəfi vurmaq …

Read More »

Abxaziya qanun layihəsinə etirazlar fonunda

Abxazlar rus alıcılar üçün şərait yaradacaq qanuna qarşı çıxıblar Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziya daşınmaz əmlak bazarını rus alıcılar üçün aça biləcək mübahisəli qanunvericiliyi ləğv edib. Cümə axşamı “parlamentin sədri” Laşa Aşuba qanun layihəsinin təşəbbüskarı olan dörd deputatın tələbi ilə layihənin geri götürülməsi barədə sənədi imzalayıb. Dörd nəfərdən heç biri bu barədə ictimaiyyətə açıqlama verməyib. “OC Media” yazır ki, artan ictimai …

Read More »

Kamala Harris Netanyahuya atəşkəs sazişinin əldə edilməsinə görə təzyiq edib

“Bu müharibənin bitməsinin vaxtıdır” ABŞ-nin vitse-prezidenti Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahuya fələstinli mülki əhalinin əzablarını yüngülləşdirmək üçün Qəzzada atəşkəs sazişinin əldə edilməsinə görə təzyiq edib. Harris Netanyahu ilə üz-üzə danışdıqdan sonra televiziyaya verdiyi açıqlamada “Bu müharibənin bitməsinin vaxtıdır”, – deyib. “Biz özümüzü əzablara laqeyd olmağa icazə verə bilmərik və mən susmayacağam”, – Harris bildirib. Analitiklər bu məsələ ilə bağlı ABŞ-nin …

Read More »

Moskvada amerikalı jurnalist Kurmaşeva altı il yarım həbs edilib

Stiven Kapus Kurmaşevanın jurnalistin mühakimə olunmasını “ədalətə istehza” adlandırıb Rusiya məhkəməsi ABŞ tərəfindən maliyyələşdirilən Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) rusəsilli amerikalı jurnalisti Alsu Kurmaşevanı Rusiya ordusu haqqında yalan məlumat yaydığı iddiası ilə 6,5 il azadlıqdan məhrum edib. Kazan Şəhər Məhkəməsinin sözçüsü bildirib ki, Kurmaşevaya iki günlük məhkəmə proseslərindən sonra hökm oxunub. Jurnalistin vəkili “Reuters”in qərardan şikayət edib-etməyəcəkləri ilə bağlı sualına dərhal cavab …

Read More »

Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri “rəhbər” şəxsdir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb. Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın “rəhbər” şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə …

Read More »

Baydenin oğlunun vergidən yayınması ilə bağlı məhkəməsi sentyabrın 9-da başlayacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınması ilə bağlı məhkəmə prosesi sentyabrın 9-da başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsinin elektron məlumat bazasında dərc edilən sənəddə göstərilib. 2023-cü il dekabrın əvvəlində Hanter Baydenə vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb. Prokurorlar prezidentin oğlunun vergi ödəmək əvəzinə ekstravaqant …

Read More »

İsrailin Baş naziri Trampla görüşmək niyyətindədir

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-a səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Belə ki, Tramp və Netanyahunun köməkçiləri Floridada görüşün mümkünlüyünü müzakirə ediblər, lakin respublikaçı hələ ki, birbaşa razılıq verməyib. Mənbə aydınlaşdırıb ki, görüş baş tutsa, bu həftənin sonunda Trampın Şimali Karolinada cümə …

Read More »

Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək

“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsait avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) mətbuat konfransında deyib. Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması, həmçinin Ukraynanın hərbi sənayesindən silah alınması üçün istifadə olunacaq: …

Read More »