Çərşənbə , 8 May 2024

Digər ölkələr

Ermənistanda əhali qazpulunu verməkdə çətinlik çəkir

Ermənistanda əhalinin qaza görə ödəniş edə bilməməsi “Qazprom”u narahat edib. Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya”nın baş direktoru Qrant Tadevosyan danışıb. “Hələlik şirkət üçün ciddi maliyyə problemi yaratmasa da, noyabrda abunəçilər arasında qaza görə ödəməmə halları artıb. Hökumətlə ödəmələrin bərpa edilməsi üzərində işləyirik. Sadəcə, indi konkret addımlardan çəkinirik – fikrimcə, başa düşürsünüz niyə”, – “Qazprom”un Ermənistan üzrə …

Read More »

Əfqanıstanda partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində bomba partlayışı nəticəsində bir nəfər həlak olub. Bu barədə Boyukmilet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Nanqarhar əyaləti qubernatorunun administrasiyasının nümayəndəsi Ataullah Xoqiani bildirib ki, partlayıcı qurğu Cəlilabad şəhərində yolda qoyulub. Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Kabildə də minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Read More »

Yəməndə hökumət üzvlərini daşıyan təyyarə aeroporta enəndə partlayış törədilib

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında güclü partlayış və atışma baş verib. Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, yeni hökumət üzvlərini daşıyan təyyarə endikdən sonra aeroport minaatandan atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. “Reuters” isə xəbər verir ki, ölkənin baş naziri Müin Əbdülməlik Səid və nazirlər hava limanından hökumət iqamətgahına aparılıblar. Hökumət üzvləri hadisə …

Read More »

Bayden Trampı peyvənd olunmağa çağırdı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampı COVID-19 əleyhinə peyvənd olunmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib. “Ümid edirəm ki, peyvənd əlçatan olduqda prezident aydın və birmənalı şəkildə bütün amerikalıları vaksindən istifadə etməyə çağıracaq. Mən vaksinin cəmiyyətə etibarını təlqin etmək üçün peyvənd edildim, seçilmiş vitse-prezident Kamala Harris də həmçinin peyvənd olundu”, …

Read More »

Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib. Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb. İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub. İtkin düşən balıqçıların axtarışı davam …

Read More »

Pakistanda terrorçular hərbçilərə hücum edib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı yeddi hərbçi həlak olub. Boyukmillet.com-um məlumatına görə, bu barədə “Sinxua” agentliyi Pakistan Ordusunun mətbuat xidmətinə istinadən xəbər verib. Qeyd olunub ki, təhlükəsizlik rəsmiləri ilə terrorçular arasında atışma ötən gün axşam (26 dekabr – Red) baş verib. Hərbçilər yaraqlıların hücumunu dəf etməyə müvəffəq olublar. Bundan sonra …

Read More »

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb. “Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” …

Read More »

Çində silahlı şəxsin hücumu zamanı 7 nəfər həlak olub, yaralılar var

Çinin şimalındakı Lyaonin əyalətində silahlı hücum zamanı 7 nəfər öldürülüb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb. Qeyd edilir ki, hadisə Kayuan şəhərində, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00) qeydə alınıb. Bıçaqla silahlanmış naməlum kişinin hücumu nəticəsində daha 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi yaxalayıblar və onun kimliyini müəyyənləşdiriblər. …

Read More »

Avropa ölkələrində koronavirus əleyhinə kütləvi peyvənd başlandı

Epidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. Avropa Komissiyası vaksinləmənin 27-29 dekabrda başlaya biləcəyini nəzərdə tuturdu. Bu halda prosesin başlanğıc tarixi haqqında qərarları birlik ölkələrinin özləri qəbul edir. Bildirilirdi ki, bir çox dövlətlər peyvəndlərə başlamağı bu bazar …

Read More »

İraqda bayram günlərində terror aktı planlaşdıran ekstremist həbs edildi

İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran ekstremist həbs olunub. Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən “Al Sumaria” bildirib. “Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub”, – agentliyin açıqlamasında deyilir. Şübhəli …

Read More »