Cümə , 17 Aprel 2026

Digər ölkələr

Yardımı dayandırsaq, Kiyev təslim olar – Borrell

Qərb Kiyevə hərbi yardımı dayandırarsa, Ukrayna bir neçə gün ərzində təslim olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. “Mən bilirəm müharibəni dərhal necə bitirmək olar. Ukraynaya hərbi yardımı dayandırıram və bir neçə günə təslim olur. Müharibə bitəcək, Ukrayna isə Belarus kimi azadlıqlarından məhrum edilmiş marionet ölkəyə çevriləcək. Buna görə də biz Ukraynaya yardıma davam etməliyik”, …

Read More »

441-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 441-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 420 təyyarəsi, 230 helikopteri, 4062 PUA-sı, 421 zenit-raket kompleksi, 9067 tank və digər zirehli texnikası, 1098 reaktiv yaylım atəş sistemi, 4780 artilleriya və minaatanı, 10103 xüsusi hərbi …

Read More »

Rusiyanın Kiyevə hücumunun məqsədi… – Jdanov

Rusiyanın mayın 9-da Kiyevə raket hücumu həyata keçirməsi Ukrayna ordusunun əks-hücum əməliyyatlarının qarşısını almaq məqsədi daşıyırdı. Boyukmillet.com xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Bundan əlavə, rusların kifayət qədər güc və vasitələri olsa, əks-hücumumuz başlamazdan əvvəl Kiyevə və Ukraynaya raket və “Şahid”lərlə zərbə endirə bilərlər. Bu zərbələr daimi və ya hər gün baş verə bilər. Onların məqsədi …

Read More »

Ankara və İrəvan arasında abidə qalmaqalı

“Nemezis” abidəsi məsələsi Ermənistan parlamentinin sədri Alen Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şəntop arasında müzakirə mövzusu olub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib. “Türkiyə tərəfi bildirib ki, ikitərəfli münasibətlərin normallaşdırılması fonunda Ermənistanda belə abidələrin necə açıldığı aydın deyil. Simonyan cavab verib ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola …

Read More »

Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib. Bildirilib ki, buna səbəb Qara dəniz üzərində Polşa təyyarəsi ilə bağlı yaranan insidentdir. Qeyd edək ki, bir neçə gün əvvəl, mayın 7-də Polşa təyyarəsi səmada Rusiya qırıcısı ilə üz-üzə gəlib. Texnikaların toqquşma təhlükəsi yaranıb. Nəticədə Polşa təyyarəsinin pilotu idarəetməni müvəqqəti olaraq itirib.

Read More »

Ukrayna NATO-ya mütləq üzv olacaq, amma…

“Ukrayna Alyansa qoşulacaq. Yeganə sual onun nə vaxt qoşulacağıdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Ukraynanın Alyansa üzv olacağına artıq şübhə etmir. “Bütün NATO müttəfiqləri Ukraynanın Alyansa üzv olacağına razıdır. Bütün müttəfiqlər razılaşırlar ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir”, – Stoltenberq bildirib. “Məsələ ondadır ki, Ukraynanın NATO-ya nə vaxt daxil olacağı barədə mən …

Read More »

Putindən Gürcüstanla bağlı mühüm qərarlar

Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Prezidentin digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağalar da aradan qaldırılıb.

Read More »

BMT-dən İrana sərt reaksiya: Edamla bağlı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini bir çox başqa ölkələrin etdiyi kimi ölüm hökmünü ləğv etməyə və bütün edamları dayandırmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Türk yazılı açıqlamasında bu il İranda ən az 209 nəfərin edam edildiyini və bu şəxslərin ümumiyyətlə narkotik cinayətlərinin məhbusu və azlıq nümayəndələri olduğunu qeyd edib. “Hökumətin şəffaflığı olmadığı üçün edamların dəqiq …

Read More »

ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”

Sudanda ordu ilə xüsusi təyinatlıların silahlı qarşıdurmaları nəticəsində 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Sudan Həkimləri Sindikatının məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 487 nəfərə yüksəlib, 2 612 nəfər yaralanıb. Əsas toqquşmalar Sudanın paytaxtı Xartumda gedir.

Read More »