Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Ukraynalı ekspert: “Türkiyə Rusiya ilə Ukrayna arasında mühüm vasitəçi rolunu oynayır”

“Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun Ukrayna ilə Rusiya arasında humanitar dəhliz açmaqla bağlı son təşəbbüsü Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunun əhəmiyyətini bir daha nümayiş etdirir”. Bunu “Report”a açıqlamasında “New Geopolitics Research Network” platformasının Asiya-Sakit okean regionu bölməsinin rəhbəri Yuri Poyta “zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım üçün birləşmə dəhlizinin yaradılması” imkanlarını şərh edərkən deyib. Poytanın sözlərinə görə, …

Read More »

Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələrinin arsenalına “T-70” çoxməqsədli helikopterləri daxil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün həmin helikopterlərin orduya təhvil verilməsi mərasimi keçirilib. Qeyd edək ki, “T-70” Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsalıdır. edilən bu ilin sonunadək Türkiyə ordusuna təhvil veriləcək. Helikopter TUSAŞ-ın ASELSAN və “Sikorsky” ilə strateji əməkdaşlığı …

Read More »

Rusiya XİN Fransaya xəbərdarlıq edib

“Fransanın Ukraynaya yeni hərbi təchizatla bağlı qərarı daha da gərginliyə səbəb olan növbəti addımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Paris Minsk razılaşmalarının uğursuzluğuna və Kiyevin münaqişənin hərbi yolla həllinə dair illüziyalarına görə məsuliyyəti üzərinə götürməlidir.

Read More »

NATO ilə Aİ arasında birgə əməkdaşlığa dair bəyannamə imzalanıb

Yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyansın saytındakı press-relizdə deyilir. İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında reallaşıb. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını …

Read More »

İranda etirazları dəstəkləyən eks-prezidentin qızı 5 il müddətinə azadlıqdan məhrum edilib

İran İslam Şurası Məclisinin (parlament – Red) keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları dəstəklədiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars Haber” xəbər portalına onun vəkili Nida Şəms məlumat verib. Onun sözlərinə görə, İran İslam Respublikasının eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin (1934-2017) qızı sentyabrın 27-də həbs edilərək Evin …

Read More »

Çexiya Ukraynaya yeni tanklar verməyə hazırlaşır

Çexiya hökuməti Ukraynaya tankların yeni partiyasını təhvil verməyə hazırlaşır. Onlardan birini ölkənin Baş nazir Petr Fiala imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Çexiyanın Baş nazir Petr Fiala tviterdə yazıb. Onun sözlərinə görə, Ukraynaya “TREVA 3” evakuasiya avtomobili də veriləcək: “Ukraynaya gedəcək T-72 tankında cəsur ukraynalı müdafiəçilərə qısa mesaj yazdım. İnanıram ki, ukraynalılar rus işğalçısına qarşı mübarizədə qalib gələcəklər”.

Read More »

Çin və Rusiya XİN başçıları Ukraynadakı müharibəni müzakirə edib

Çinin yeni xarici işlər naziri Qin Qanq rusiyalı həmkarı Sergey Lavrovla apardığı telefon danışığı zamanl Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin XİN-dən bildirilib. Q.Qanq Rusiya ilə əlaqələri gücləndirməyə hazır olduğunu bildirib, S.Lavrov isə öz növbəsində həmkarını təbrik edib və Rusiyaya səfərə dəvət edib. Xatırladaq ki, Q.Qanq ötən il dekabrın 30-da Çin XİN başçısı təyin olunub.

Read More »

Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib

Braziliya Prezidenti Lula da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 8-də yerli KİV məlumat yayıb. Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar …

Read More »

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib. Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək. “Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var – Rusiyadan fərqli olaraq biz başqa …

Read More »

Almaniyada Bundestaq rəsmiləri Kiyevə “Leopard” tanklarını göndərməyə çağırıblar

Almaniya Bundestaqının vitse-prezidentləri Katrin Göring-Ekardt və Volfanq Kubiki Kiyevə “Marder” piyada döyüş maşınlarının və “Leopard” tanklarının göndərilməsini dəstəkləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın “Hamburger Abendblatt” qəzeti məlumat yayıb. Ekardtın fikrincə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yalnız BMP göndərməklə kifayətlənməməlidir. “Biz mümkün olan hər şeyi etməliyik və çatdırmalıyıq. Buraya “Leopard” tankları da daxildir”, – vitse-prezident deyib. Kubiki qeyd edib ki, …

Read More »