Cümə , 17 Aprel 2026

Digər ölkələr

Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru vəzifəsinə təyin edilib

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə, 2 dekabr 2027-ci il tarixinədək Agentliyin Baş direktoru vəzifəsinə təyin edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. “AEBA İdarəçilər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə Agentliyin Baş direktoru vəzifəsinə təyin edib”, – …

Read More »

NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək

NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri ordu genralı Hulusi Akar deyib. Onun sözlərinə görə, Alyansla bu barədə razılıq əldə olunub. Qeyd olunub ki, NATO Hatayda 4 min nəfərlik çadır şəhərciyinin qurulmasında iştirak edir: “Bundan əlavə olaraq, daha 4 min nəfərlik çadır da ölkəmizə göndəriləcək”. Xatırladaq ki, fevralın 6-da ocağı …

Read More »

Almaniyada atışma olub, ölənlər var

Almaniyanın Hamburq şəhərində kilsədə atışma olub. Boyukmillet.com  “Bild”ə istinadən xəbər verir ki, yerli vaxtla 21:00 radələrində baş verən atışmada 6 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslər olay yerindən qaçıblar. Hazırda polis onları axtarır.

Read More »

İsrail polisi Təl-Əvivdəki atışmanı terror aktı kimi tanıyıb

İsrailin Təl-Əviv şəhərindəki kafelərin birində atəş açılması nəticəsidə azı 3 nəfər yaralanıb. polis hadisəni terror aktı kimi tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının mətbuat xidməti açıqlama yayıb. “Təl-Əvivdə terror aktı: şübhəli şəxs iki mülki şəxsi yaralayıb. Terrorçu polis tərəfindən zərərsizləşdirilib”, – açıqlamada vurğulanıb. Qeyd edək ki, daha öncə şəhərdə atışmanın olduğu barədə məlumatı “The Jerusalem Post” nəşri …

Read More »

Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasını dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasına dair qətnaməni rədd edib. Boyukmillet.com xəbər verir ki, sənədi cəmi 103 konqresmen dəstəkləyib, 321 qanunverici ona qarşı çıxıb. Qətnamədə qeyd edilir ki, ABŞ qoşunları sənədin təsdiqindən sonra 180 gündən gec olmayaraq Suriyadan çıxarılmalıdır. Təşəbbüs fevral ayında deputat Mett Qets tərəfindən irəli sürülüb. O, Konqresin Suriya ərazisindəki döyüşlərdə Amerika qüvvələrinin istifadəsinə icazə vermədiyini …

Read More »

Qətərdə bütün koronavirus məhdudiyyətləri ləğv edilib

Qətər hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir. Qeyd olunub ki, ölkənin Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska ​​taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq barədə qərar qəbul …

Read More »

Misirdə sərnişin qatarı relsdən çıxıb, ölən və xəsarət alanlar var

Misirin şimalındakı Qalyub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb, nəticədə bir nəfər ölüb, daha 16 nəfər yaralanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Al-Yaum əs-Sabia” portalı Ərəb Respublikası Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. “İlkin məlumatlara görə, bir nəfər ölüb, 16 vətəndaş yaralanıb, onlardan üçü hadisə yerində yardım alıb”, – portal nazirliyin sözçüsünə istinadən yazır. Portalın …

Read More »

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib. Boyukmillet.com xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir. L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək. Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.

Read More »

Çin parlamentinin rəsmisi: “Ordunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmır”

“Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 14-cü çağırış 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao martın 3-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır: “Çinin ordusunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi …

Read More »

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi İranın bir sıra neft-kimya şirkətini, həmçinin 20 gəmisini sanksiya siyahısına əlavə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə maliyyə qurumunun yaydığı bəyanatda deyilir. Məhdudlaşdırıcı tədbirlər Buşer neft-kimya şirkətinə, “Shiraz Petrochemical” neft-kimya şirkətinə, “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited” kimi Çin gəmiçilik şirkətlərinə, Vyetnamın neft-qaz şirkəti olan “Golden Lotus Oil Gas and Real Estate”ə, …

Read More »