Çərşənbə , 29 May 2024

Digər ölkələr

İsrail HƏMAS-la savaşmaq üçün fövqəladə vəhdət hökuməti formalaşdırdı

İsrail çərşənbə günü HƏMAS militanlarına qarşı mübarizə aparmaq üçün müharibə şəraitinə uyğun fövqəladə vəhdət hökuməti yaradıb. Bu arada 300,000-lik İsrail qoşunu mümkün hücum üçün Qəzza yaxınlığında cəmləşib. İsrail baş naziri Benyamin Netanyahunun yaratdığı hökumətdə sabiq müdafiə naziri və hazırda mərkəzçi partiya sədri olan Benni Qants və indiki müdafiə naziri Yoav Qallant yer alır. Bu hökumətin başlıca diqqəti ötən şənbə günü …

Read More »

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1 300-ə çatıb

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb. Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Eyni zamanda 150 nəfərin HƏMAS tərəfindən girov götürüldüyü vurğulanıb.

Read More »

Kadırovun yeniyetmə oğluna “Çeçenistanın qəhrəmanı” medalı verilib

Ramzan Kadırovun 15 yaşlı yeniyetmə oğlu Adam Kadırova Çeçenistanın qəhrəmanı titulu verilib. Bu barədə respublika dumasının deputatı, Kadırova yaxınlığı ilə tanınan Adam Dəlimxanov öz Telegram kanalında yazıb. Dəlimxanov həmin mesajında Ramzan Kadırovun oğlunun idman və döyüş sənətlərindəki uğurlarını xüsusi olaraq vurğulayıb. Qeyd edək ki, Ramzan Kadırovun oğlu bu yaxınlarda Qroznıdakı həbsxanaların birində Nikita Juravel adlı şəxsin döyməsinə görə gündəmə gəlmişdi. Juravelin …

Read More »

ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya İsraillə bağlı birgə bəyanat yayıb

Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər. Onlar İsrailin …

Read More »

Türkiyə Əfqanıstana humanitar yardım göndərib

Türkiyə Əfqanıstana humanitar yardım göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, lazım olan ləvazimatlar, həmçinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təminatları təyyarələrlə Əfqanıstana göndərilib. Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.

Read More »

Qəzzada ölənlərin sayı 436 nəfərə çatıb

İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə …

Read More »

İsrail Müdafiə Ordusu 400-dən çox HƏMƏS yaraqlısını zərərsizləşdirib

Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib. “Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, – telekanal mətbuat katibindən sitat gətirib. Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir. Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket …

Read More »

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə video yayılıb. Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.

Read More »

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirib

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”. Xatırladaq …

Read More »