Bazar , 12 May 2024

Digər ölkələr

Tacikistanda yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var

Tacikistanın Xatlon vilayətində yerləşən Kulyab şəhərində yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Respublika Prezidenti yanında Fövqəladə Hallar Komitəsindən bildirilib. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb əyləclərin sıradan çıxması olub.

Read More »

Almaniya XİN rəhbəri: “Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”

“Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” nəşrinə müsahibəsində bildirib. “Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana …

Read More »

Avstraliyada baş verən yanğında 6 nəfər ölüb

Avstraliyanın Kvinslend ştatının Rassel adasında yaşayış evində baş verən yanğın nəticəsində itkin düşdüyü güman edilən altı nəfərin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kvinslend polisi açıqlama yayıb. Polis itkin düşənlər arasında 34 yaşlı kişi və beş oğlan uşağının olduğunu bildirib. Bununla yanaşı, iki qadın evdən çıxa bilib və xəstəxanaya aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Yanğın evi sıradan çıxarıb …

Read More »

Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb

Ukrayna Rusiya ilə sərhəddə müharibə başlayandan bağlı olan Kolotilovka-Pokrovka sərhəd-keçid məntəqəsini açıb. Boyukmillet.com xəbər verir ki, bu marşrutla ukraynalılar Sumı vilayətindən keçməklə Ukraynanın nəzarət edilən ərazisinə qayıda biləcəklər. “Dünəndən etibarən Belqorod və Sumı vilayətlərinin sərhədindəki keçid məntəqəsi yenidən öz işini bərpa edib”, – Reinteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib. Sərhəddə Ukrayna hakimiyyəti könüllü humanitar mərkəzin işini təşkil edib. Orada bütün ukraynalılar …

Read More »

Pekində yüksək təhlükə səviyyəsi elan edildi

Çin paytaxtının hakimiyyət orqanları şəhərin bəzi rayonlarında təbii fəlakət riski ilə bağlı yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib. Həmin rayonlarda torpaq sürüşmələri və çökmə riski mövcuddur. Boyukmillet.com xəbər verir ki, Pekin meteorologiya idarəsinin Veibo sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi məlumata görə, avqustun 6-sı günortayadək qüvvədə qalacaq xəbərdarlıq ilk növbədə paytaxtın daha çox yağıntı düşmüş qərb və şimal rayonlarına şamil edilir. Bundan başqa, …

Read More »

Tacikistan hərbçiləri Belarusda təlim keçəcəklər

“Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib. Qeyd edilib ki, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar. V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.

Read More »

Rusiyanın Ukraynadakı itkilərinin sayı 250 minə çatır

Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlayandan bəri ölən rusiyalı əsgərlərin sayı 249 110-a çatıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 620 rus əsgərini və 30-dan çox artilleriya sistemini məhv edib. Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 32 artilleriya sistemi, 12 pilotsuz uçuş aparatı, 30 nəqliyyat vasitəsi …

Read More »

Nigerin devrilən Prezidenti ABŞ və beynəlxalq ictimaiyyətə çağırış edib

Nigerin hərbi yolla devrilən Prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “France24” TV yayıb. O, ünvanladığı müraciətində hazırda girovda olduğunu və köməyə ehtiyacının yarandığını söyləyib. “The Washington Post” qəzetində dərc olunan məqalədə M.Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb. Demokratik yolla ölkə rəhbəri seçildiyini deyən M.Bazum xatırladıb ki, bu, …

Read More »

KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur

Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib. Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib. Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla …

Read More »

Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb

Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və aprelin 15-də ölkədə qarşıdurmaların başladığı vaxtdan bəri məcburi köçkünlərin sayı 3 milyonu keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı …

Read More »