Çərşənbə axşamı , 14 May 2024

Digər ölkələr

Rusiya Krivoy Roqa dronlarla hücum edib

Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib, bir nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində ümumilikdə 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib. Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə ziyan dəyib.

Read More »

Ərdoğan Zelenskidən sonra Putinlə görüşə hazırlaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə cümə günü danışıqlarından sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb. “Çox güman ki, Zelenski ilə danışıqlardan sonra Prezident Ərdoğan Rusiya lideri Putinlə üz-üzə görüşəcək. Bu görüş Türkiyədə də, Rusiyada da baş tuta bilər. Lakin görüş ehtimalı yüksəkdir”, – məlumatda deyilir. …

Read More »

Szinpin orduya əmr verdi: Müharibəyə hazırlaşın!

Çin lideri Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Çin rəsmisi bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir: “Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli …

Read More »

ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb

ABŞ-ın Nyu-York şəhərində iki avtobus toqquşub. Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində azı 81 nəfər xəsarət alıb. Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb. Nyu Yorkun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib. Zərərçəkənlərin heç …

Read More »

Polşa Seymi müdafiə nazirinə etimadsızlıq səsverməsinə baxacaq

Polşa Seymi müdafiə naziri Mariuş Blaşaka etimadsızlıq səsverməsinə baxmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, məsələni müxalifətdə olan “Vətəndaş koalisiyası” və “Solçular” partiyaları gündəmə gətirib. Onlar təkliflərini belə əsaslandırırlar ki, “Mariuş Blaşakın atdığı son addımlar onun Polşa sərhədindən birbaşa kənarda davam edən müharibə şəraitində milli müdafiə naziri postunu tutmaq üçün kifayət qədər məsuliyyətli şəxs olmadığını açıq şəkildə göstərir”. Çətin vaxtlarda nazir …

Read More »

Bu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır

Bu gün Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın “The Guardian” nəşri yazıb. Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq. Mərkəz Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi araşdırma aparacaq və sübutlar toplayacaq. Bu …

Read More »

Fransada 10 şəhərdə komendant saatı tətbiq edilib

Fransanın şimalındakı 10 şəhərdə komendant saatı tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb. Söhbət xüsusilə Lill, Denant, Croix və Rubaix kimi şəhərlərdən gedir. Həmçinin paytaxt Parisin bəzi bölgələrində, xüsusən də Darnetal kommunasında komendant saatı tətbiq olunub. Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara …

Read More »

Tacikistan Kişineudakı terror aktına görə Moldovaya nümayəndə heyəti göndərib

Tacikistan Kişineu hava limanında baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarını Moldovaya göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik əlavə edib ki, Kişineu hava limanında Tacikistan vətəndaşı Rüstəm Aşurovun iştirakı ilə baş vermiş insidentdən sonra Tacikistan Baş Prokurorluğunun və hakimiyyət orqanlarının nümayəndələri Moldovadakı həmkarları ilə daim əlaqə saxlayırlar. Xatırladaq ki, iyunun 30-da axşam saatlarında …

Read More »