Çərşənbə axşamı , 14 May 2024

Digər ölkələr

Gürcüstan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının Aparatının Mətbuat xidməti məlumat yayıb. “Memorandumun məqsədi iki ölkə arasında dostluq münasibətlərinin və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu sənədlə milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf …

Read More »

Çin Rusiyanı bu nəhəng layihədən kənarlaşdırdı

Çin Rusiyanı “Boinq” və “Airbus”la rəqabət aparacaq “CR929” geniş gövdəli sərnişin təyyarəsi layihəsindən tamamilə kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Air Current” nəşri məlumat yayıb. Məlumata görə, Çin Rusiyanın bütün materiallarını Qərb şirkətlərinin materialları ilə əvəz edib: “İndi “CR929”un yeganə yaradıcısı Çinin COMAC şirkətidir, baxmayaraq ki, addakı “C” hərfi Çin, “R” isə Rusiyanı ifadə edir. Mühərrik üçün Çin şirkəti “Rolls-Royce” …

Read More »

ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib. O deyib ki, yardım paketinin həcmi 1,3 milyard dollardır. Qeyd edək ki, A.Blinken daha əvvəl Vaşinqtonun Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazır olduğunu söyləmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Read More »

Bağçalıdan Fələstin liderinə sərt təpki: “Bu sayğısızlıqdır, rəzalətdir”

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı uyğurları “separatçı və terrorçu” adlandıran Fələstin başçısı Mahmud Abbasa sərt təpki göstərib. Boyukmillet.com xəbər verir ki, MHP lideri Abbasl sayğısızlıqda ittiham edib. “Biz həmişə məzlum fələstinlilərin yanında olmuşuq. Biz heç bir söz demədən Fələstinin davasını müdafiə etdik və tərəfimizi aydınlaşdırdıq. Hörmətli Abbas, sizə səslənirəm. Uyğur türklərini “terrorçu” adlandırmaq haqsızlıqdır, günahdır, cinayətdir, rəzalətdir, böyük …

Read More »

Çin Xarici İşlər Nazirliyi ABŞ-la hərbi münaqişə ehtimalını dəyərləndirib

“Çin və ABŞ arasında gözlənilməz hərbi münaqişə yaranarsa, bu, Los-Ancelesə və ya Kaliforniyanın digər sahillərinə hərbi gəmilər və təyyarələr göndərəcək Pekinin təxribatçı hərəkətləri ilə baş verməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində “Bloomberg”in məqaləsinə münasibət bildirərkən deyib. XİN rəsmisi tviterdə “Bloomberg”in “Çin Blinkenin dediklərinə daha …

Read More »

BMT maliyyə çatışmazlığı səbəbindən Suriyaya yardımı kəsir

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Suriyaya ayrılan yardımın həcmini demək olar ki, iki dəfə azaldacaq. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir. Yardım ümumilikdə 5,5 milyon nəfər üçün nəzərdə tutulmuşdu. Hazırda isə bu rəqəm 2,5 milyona enəcək. Sənəddə qeyd edilir ki, qərar ərzaq yardımı olmadan bir həftə belə yaşaya bilməyən üç milyon …

Read More »

ICAN: ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib

“ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib. “Rəsmi təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropa və Asiyanın beş ölkəsində – Almaniya, Belçika, Niderland, İtaliya və Türkiyədə yerləşdirilib”-deyə, …

Read More »

Ukrayna pilotları bu yay “F-16”ları idarə etmək üçün təlimlərə başlaya bilərlər

Ukraynalı pilotlar bu yay ABŞ istehsalı olan F-16 qırıcılarını idarə etmək üçün təlimlərə başlaya bilərlər. Bu, Ukraynanı Rusiya ilə müharibədə güclü və uzunmüddətli potensialla təmin etmək yolunda ilk addım olacaq”. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib. Onun sözlərinə görə, məqsəd təlim proqramının altı ay ərzində tam bitirməkdir: “Uçuş simulyatorlarının olduğu Danimarka proqram üçün …

Read More »