Bazar , 19 May 2024

Digər ölkələr

Sudanda 1 həftəlik atəşkəsə dair razılıq əldə olunmayıb

Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) Sudan ordusu ilə 7 günlük atəşkəsə razı olmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi birləşmənin rəisinin müşaviri Yusif İzzət məlumat verib. O vurğulayıb ki, ümumiyyətlə, ÇRQ atəşkəs ideyasını rədd etmir. “Yeddi günlük atəşkəsə dair razılaşmamız haqqında danışmaq tezdir. Hazırda 1 həftəlik atəşkəsə razı deyilik”, – Yusif İzzət telekanala açıqlamasında deyib. Daha əvvəl bildirilmişdi …

Read More »

Krasnodar diyarında neft məhsulları rezervuarı alışıb, dron zərbəsi olduğu iddia olunur

Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı neft məhsulları rezervuarı alışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun başçısı Viniamin Kondratyev teleqramda bildirib. Onun sözlərinə görə, yanğına ən yüksək çətinlik dərəcəsi verilib. Region başçısı hadisə nəticəsində ölən və ya yaralananların olmadığını da vurğulayıb: “Alovun daha da yayılmasının qarşısını almaq üçün hər cür səy göstərilir. Kənd sakinləri üçün heç bir təhlükə yoxdur”. Eyni …

Read More »

Burmester: “İdman siyasiləşməlidir”

İdman apolitik deyil, öz qanuni maraqlarını müdafiə etmək üçün onu siyasiləşdirmək lazımdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Olimpiya İdman Konfederasiyasının İdarə Heyətinin sədri Torsten Burmester deyib. O, Rusiyanın Ukraynadakı müharibəsindən sonra beynəlxalq idmanın “siyasi ab-havanın dəyişməsinə” uyğunlaşmağın çətin olduğunu vurğulayıb. “Biz dönə-dönə siyasi reallıqlarla üzləşməli olacağıq. Ola bilsin dünya idmanında sistemli münaqişələrin yeni erasına daxil olmaqla, bizə daha …

Read More »

Rusiya Polşaya nota verib

Rusiya Polşaya etiraz notası verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb Polşanın paytaxtı Varşavada rus dilində tədris verən məktəbə hücum cəhdidir.

Read More »

Bayden Ağ Evin qonağına susmağı tövsiyə edib

ABŞ Prezidenti Cozef Bayden Ramazan ayının sonu şərəfinə təşkil edilən ziyafətdə dövlət başçısına ilk müsəlman hakimi haqqında danışmaq istəyən Ağ Ev qonağına susmağı tövsiyə edib. “Bura çıxıb çıxış etmək istəyirsən? Sus oğlan. Anam belə deyərdi”, – Bayden bildirib. Bundan əlavə, Nyu-Cersi ştatının Prospekt Park şəhərinin meri Muhamed Xayrulunun Ağ Evdəki qəbulda iştirakına icazə verilməyib. Lakin məxfi xidmət rəsminin məhz niyə …

Read More »

ABŞ əcnəbilər üçün məcburi koronavirus peyvəndini ləğv edir

Mayın 12-dən etibarən ABŞ hakimiyyəti ölkəyə gələn əcnəbilər, habelə federal işçilər və podratçılar üçün məcburi koronavirus peyvəndi tələbini qaldıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin geniş yayılmış bəyanatında deyilir. Bundan əlavə, Səhiyyə və İnsan Xidmətləri Departamenti və ABŞ Daxili Təhlükəsizlik Departamenti müəllimlər, yaşlılar üçün sağlamlıq proqramlarında çalışan tibb işçiləri, “Medicare” və “Medicaid”ə ehtiyacı olanlar üçün peyvənd tələbini aradan …

Read More »

Sorğu: “ABŞ-da dörd çinlidən üçü irqi ayrı-seçkiliyə məruz qalır”

“Çin əsilli ABŞ vətəndaşlarının dörddə üçü son bir ildə irqi ayrı-seçkiliyə məruz qalıb”. Boyukmillet.com xəbər verir ki , bu barədə Kolumbiya Universitetinin və ABŞ vətəndaşlığına malik tanınmış çinlilərdən ibarət qeyri-kommersiya təşkilatı olan “Yüzlər Komitəsi”nin tədqiqatı ilə tanış olan “Axios” portalı məlumat yayıb. Qeyd olunub ki, təxminən dörd çinli amerikalıdan üçü son 12 ayda irqi ayrı-seçkiliyə məruz qaldığını etiraf edib və …

Read More »

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırırlar

“Böyük Yeddilik” (G7) ölkələrinin mayın ikinci yarısında Xirosimada keçiriləcək sammiti zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Seok Yeol arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb. Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramının və Tayvan ətrafında vəziyyətin …

Read More »

Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb

Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 425-ə yüksəlib, 2091 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Sudanın Həkimlər Komitəsi məlumat yayıb. “Toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 425-ə, yaralıların sayı 2 091-ə çatıb”, – komitə açıqlayıb. Xatırladaq ki, daha öncə ölkənin Səhiyyə Nazirliyi aprelin 15-dən aprelin 27-dək …

Read More »

İranda kəşfiyyat polisinin rəisi qətlə yetirilib

İranda Sistan və Bəlucistan vilayətinin Səravan şəhəri kəşfiyyat polisinin rəisi mayor Əlirza Şahraki naməlum şəxslər tərəfindən öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhərin başçısı bildirib. Məlumata görə, səhər saatlarında baş verən hadisədə rəisin yanında onun həyat yoldaşı da olub. Qadının yaralandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »