Boliviya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi La-Pas yaxınlığındakı El-Alto şəhərində qəzaya uğrayıb. Boyukmillet.com-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli televiziya kanalları xəbər yayıb. Boliviya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules” təyyarəsi cümə axşamı paytaxt La-Pas yaxınlığındakı El-Alto şəhərinin prospektində qəzaya uğrayıb. Yerli mediada yayımlanan video görüntülərdə təyyarənin ciddi ziyan gördüyü görünür. Daha sonra “Unitel” televiziya kanalı …
Read More »Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Məqsədimiz İran rejiminin birbaşa təhdidlərini aradan qaldıraraq ABŞ xalqını qorumaqdır”, – o bildirib.
Read More »Tramp Kubanı ABŞ neftindən asılı vəziyyətə salmağa çalışır – Bloomberg
Tramp administrasiyası ölkənin özəl sektoruna yanacaq tədarükünə icazə verməklə Kubanı ABŞ neftindən daha çox asılı vəziyyətə salmağa ümid edir. Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb. Bu mənbələrə görə, Tramp administrasiyasının Kubanın yeni yaranan özəl sektoruna yanacaq tədarükünü asanlaşdırmaq qərarı adanı ABŞ neft tədarükündən daha çox asılı vəziyyətə salmaq planının bir hissəsidir. Bunun Vaşinqtonun …
Read More »ABŞ öz diplomatik missiyasının əməkdaşlarına və onların ailələrinə İsraildən çıxmağa icazə verib
ABŞ Dövlət Departamenti öz diplomatik missiyasının fövqəladə məsələlərə cəlb olunmayan əməkdaşlarına və onların ailə üzvlərinə İsraildən çıxmağa icazə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyi sosial şəbəkələrdə məlumat yayıb. Qərar təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edilib. “Təhlükəsizlik insidentlərinə cavab olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən ABŞ səfirliyi əlavə məhdudiyyətlər tətbiq edə və ya əməkdaşlara və onların ailə üzvlərinə …
Read More »Ukrayna və Rusiya Zaporojye AES yaxınlığında atəşkəsə razılaşıb
Ukrayna və Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) vasitəçiliyi ilə Zaporojye AES yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər. Boyukmillet.com axəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində məlumat yayıb. “Hazırda AEBA-nın vasitəçiliyi ilə əldə edilmiş və Zaporojye Atom Elektrik Stansiyasının ehtiyat enerji təchizatını bərpa etməyə imkan verəcək daha bir lokal atəşkəs qüvvədədir. Təmir briqadalarının təhlükəsiz …
Read More »KİV: Britaniya HHQ-nin bazalarında Epşteynin təyyarəsi ilə bağlı araşdırma başlayıb
Böyük Britaniyanın müdafiə naziri Con Hili Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun pedofil, amerikalı maliyyəçi Ceffri Epşteynlə görüşmək üçün Kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməsi ilə bağlı məlumatlarla bağlı daxili araşdırma aparılmasına çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “The Daily Telegraph” xəbər verib. Məlumata görə, Hili əməkdaşlarına son 20 ildə Böyük Britaniyada Epşteynin təyyarəsinin qeydlərini tapmaq üçün bütün səylərini …
Read More »Ermənistan Gürcüstandan izahat TƏLƏB EDİR
İrəvan əsasən tikinti materialları daşıyan 100-dən çox Ermənistan yük maşınının Yuxarı Lars keçid məntəqəsinin yaxınlığındakı Kobi terminalında (TIR parkı) saxlanılması ilə bağlı Gürcüstandan izahat gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib. Sürücülər sənədlərinin qaydasında olduğunu iddia edirlər, lakin gecikmə ilə bağlı Gürcüstan tərəfindən heç bir izahat almayıblar. Papoyan qeyd edib ki, bu məsələ Gürcüstanın …
Read More »Rubiodan son dəqiqə İran açıqlaması
Vaşinqton administrasiyası Tehranla təkcə İranın nüvə proqramını deyil, həm də raketlər də daxil olmaqla silahlarını müzakirə etməyin vacib olduğunu düşünür. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib: “İranın hazırda çox sayda ballistik raketi, xüsusən də qısa mənzilli ballistik raketləri var. Onların həmçinin gəmiçiliyi təhdid edən və ABŞ Hərbi Dəniz Qüvvələrini təhdid etməyə çalışan dəniz qüvvələri var. …
Read More »İrana NOTA: Amsterdam və Tehran arasında “çemodan krizi”
Niderland və İran arasında diplomatik münasibətlər qəfil yaranan “çemodan krizi” səbəbindən gərginləşib.Boyukmillet.com xəbər verir ki, Amsterdam rəsmi Tehranın hərəkətini beynəlxalq diplomatik qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirib.Hadisə Tehranın beynəlxalq hava limanında baş verib. Məlumata görə, Niderlandın İrandakı diplomatlarından birinin şəxsi baqajı (çemodanı) yerli təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq müsadirə edilib. Diplomatik toxunulmazlığa malik olan şəxsin əşyalarına bu cür müdaxilə diplomatik dairələrdə şok …
Read More »ABŞ Ukraynanı Rusiyaya hücumlarla bağlı XƏBƏRDAR ETDİ
Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra bu ölkəyə xəbərdarlıq edib. Bu hücum Qazaxıstan neftini daşıyan boru kəmərini sıradan çıxarıb və Amerika investisiyalarına təsir edib. Boyukmillet.com xəbər verir ki, CNN bu barədə Ukraynanın ABŞ-dəkı səfiri Olqa Stefanişinaya istinadən məlumat yayıb. Səfir qeyd edib ki, Dövlət Departamenti Kiyevi Amerikanın iqtisadi maraqlarına zərər vurmamağa çağıran rəsmi diplomatik bildiriş yayıb, lakin Ukraynadan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar