Türkiyəyə məxsus AKSUNGUR kəşfiyyat PUA-sı İran sərhədinə yaxın bölgədə uçuş həyata keçirib. Boyukmillet.com xəbər verir ki, uçuş Hakkari vilayətinin Yüksəkova bölgəsində qeydə alınıb. Məlumata görə, pilotsuz uçuş aparatı mülki uçuş izləmə sistemlərində də görünüb. AKSUNGUR-un bölgədə müşahidə apardığı və kəşfiyyat məlumatları topladığı qeyd olunur. Qeyri-rəsmi mənbələr uçuşun İranın şimal-qərbində, Güney Azərbaycanda baş verən proseslərin izlənməsi ilə bağlı ola biləcəyini iddia …
Read More »Kərbəla səhrasına düşən raket qalıqları təyyarə qəzası kimi təqdim edildi – VİDEO
İraqın Kərbəla şəhəri yaxınlığındakı səhraya düşən raket qalıqları bəzi platformalarda sərnişin təyyarəsinin qəzaya uğraması kimi təqdim olunub. Boyukmillet.com xəbər verir ki, yayılan görüntülərdə əslində raket qalıqlarının yerə düşdüyü əks olunur. Bəzi ABŞ, İran və Körfəz platformaları həmin kadrları sərnişin təyyarəsinin qəzaya uğraması kimi paylaşsalar da, görüntülərin İraqın Kərbəla şəhəri yaxınlığında düşən raket qalıqlarını əks etdirdiyi bildirilir.
Read More »Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib. Boyukmillet.com Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır: “Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. …
Read More »İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb
İran hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin qərb hissəsində hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan məlumat verib. “Təhlükəsizlik qiymətləndirməsindən və NOTAM-ın dərc edilməsindən sonra ölkənin qərb hava məkanı qeyri-müəyyən müddətə bağlanıb”, – deyə o əlavə edib. Əhvan İran sakinlərini lazımsız yerə hava limanlarına getməməyə və uçuş məlumatlarını …
Read More »İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
İranla İsrail arasında başlanan hərbi toqquşma dünya neft bazarında qiymətlərin kəskin artımına səbəb olub. Boyukmillet.com xəbər verir ki, Londonun ICE birjasında Brend etalon markalı neftin avqust fyuçersləri 3,2 dollar bahalaşaraq 96,3 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin avqust fyuçersləri isə 3 dollara yaxın bahalaşmaqla 93,5 dollar olub.
Read More »SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb. SEPAH-ın bəyanatına görə, toqquşmalar “ABŞ hərbçilərinin müşayiət etdiyi” dörd neft tankerinin “Hörmüz boğazını qanunsuz olaraq tərk etməyə” cəhd göstərməsindən sonra başlayıb. SEPAH-ın iddiasına görə, İranın Hərbi Dəniz Qüvvələri …
Read More »Kreml rəsmən elan etdi: Rusiya Ukrayna ilə bağlı bu addımı atmağa HAZIRLAŞIR
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Evin Ukrayna ilə bağlı tutduğu mövqeyi şərh edərkən Vaşinqtonun siyasətini həm ardıcıl, həm də ziddiyyətli adlandırıb. Boyukmillet.com xəbər verir ki, Kreml rəsmisi həmçinin Moskva və Vaşinqton arasındakı gərgin münasibətlərə və regionda cərəyan edən son proseslərə toxunaraq bir sıra mühüm bəyanatlarla çıxış edib. Peskov Rusiya tərəfinin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin yenidən bərpa …
Read More »Aİ 1 milyondan çox kişini Ukraynaya qaytarmaq üçün hərəkətə keçdi
Lüksemburqda keçirilən görüşdə Avropa İttifaqı daxili işlər nazirləri cəbhəyə göndərilə biləcək 23-60 yaş arası ukraynalı kişilər üçün müvəqqəti müdafiənin qaldırılması imkanlarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Euronews öz mənbələrinə istinadən məlumat yayıb. Bu mövzu rəsmi olaraq görüşün gündəliyində deyildi. Euronews-un məlumatına görə, Almaniya və Polşa Ukraynalı kişilərin 2027-ci ilin mart ayına qədər Aİ ölkələrində qanuni yaşamağa və işləməyə …
Read More »İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı
Ermənistan Müdafiə Nazirliyi bu günlərdə ölkəyə qayıdan vətəndaşlara 25 günlük hərbi təlim üçün çağırışlar göndərdiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, Rusiyanın sabahkı seçkilərdə öz adamlarına sıs vermək üçün göndərdiyi Ermənistan vətəndaşlarının hərbi toplanışa cəlb olunduğuna dair iddialar bir neçə gün idi səslənirdi. Ermənistan Müdafiə Nazirliyi Telegram kanalında məlumatın doğru olduğunu rəsmən elan edib: “Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisi, qanunla …
Read More »ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyib
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən və Ukraynaya əlavə yardım ayıran qanun layihəsini təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, Konqresin 226 üzvü təşəbbüsün lehinə, 195 üzvü isə əleyhinə səs verib. Qanun layihəsi mümkün sülh razılaşması və danışıqların şərtlərinə riayət olunmasını təmin etmək üçün Rusiyanın hərəkətlərinin müntəzəm qiymətləndirilməsini tələb edir. Uyğunsuzluq halında, Rusiya rəsmilərinə, maliyyə sektoruna, neft, qaz, kömür və hasilat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar