Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunub. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb. O bildirib ki, ABŞ-nin təhdid xarakterli bəyanatının yayımlanması İranın dördtərəfli görüşü davam etdirməməsinə səbəb olub. “İran nümayəndə heyətinin yanaşması ondan ibarətdir ki, öhdəliklərin yerinə …

Read More »

İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir

İran nümayəndə heyəti iyunun 21-də İsveçrədə iki raund danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb. “Bu səhər bu prosesdə vasitəçilik edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək. Günün sonlarında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə İran İslam Respublikası və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli görüşlər keçiriləcək”, …

Read More »

İranla razılaşma olmasa, ABŞ Hörmüzdən keçən gəmilərdən rüsum alacaq – Tramp

Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb: “60 günlük atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilər üçün rüsum olmayacaq və ABŞ bunu etmədikcə, bu 60 gündən sonra da rüsum olmayacaq”. O, rüsum alınmasının ABŞ və İran arasında “razılaşma əldə edilməzsə” …

Read More »

Amerikalıların təxminən üçdə ikisi Trampın İranla müharibədəki addımlarını bəyənmir

ABŞ vətəndaşlarının təqribən 65 %-i ölkə Prezidenti Donald Trampın İranla müharibənin gedişatındakı addımlarını bəyənmir. Boyukmillet.com-un “Al-Jazeera”ya istinadən xəbər verir ki, bunu “Associated Press-NORC” İctimai İşlər üzrə Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş yeni sorğunun nəticələri təsdiqləyib. Qeyd edilib ki, nəticələr may ayında keçirilmiş bənzər sorğu ilə müqayisədə demək olar, dəyişməyib. Araşdırmaya əsasən, prezidentin siyasətinin qiymətləndirilməsində partiyalararası nəzərəçarpan ziddiyyətlər hələ də qalmaqdadır. Belə …

Read More »

Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır

Rusiyanın Krasnoyarsk diyarının şimalında meşə yanğınlarının sahəsi 133 min hektarı ötür. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzi məlumat yayır. “20 iyun 2026-cı il saat 08:45-ə (Bakı vaxtı ilə 05:45 – red.) olan operativ məlumata görə, diyarın ərazisində ümumi sahəsi 133,6 min hektar olan 93 meşə yanğını aktivdir”, – məlumatda deyilir. Ocaqlar Yenisey, Şimali Yenisey, Turuxan …

Read More »

ABŞ və Qətər İran üçün plan hazırlayır

ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım almaq üçün istifadə etməsini nəzərdə tutan bir mexanizm üzərində birgə işləyirlər. Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər. İran Mərkəzi Bankının tələbi ilə Dohanın bu vəsaitlərin ərzaq, dərman və digər humanitar yardımların …

Read More »

Avropadan Rusiyanın qadağalarına CAVAB – Ermənistana 34 milyon avro ayırdı

Avropa Komissiyası Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən özəl sektoru dəstəkləmək məqsədilə bu ölkəyə 34 milyon avro maliyyə vəsaiti ayıracağını elan edib. Boyukmillet.com xəbər verir ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu vəsait Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin daha əvvəl bəyan etdiyi hərtərəfli yardım paketinin ilk tranşıdır. Bundan əlavə, rəsmi Brüssel əlavə …

Read More »

Avropa İttifaqı Rusiya maye qazı ilə bağlı mühüm izahat yaydı

Avropa Komissiyası gələn ildən Rusiya maye qazına tətbiq ediləcək qadağalarla bağlı xüsusi izahat yayıb. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, açıqlamaya əsasən, 2027-ci ildən etibarən Aİ əməliyyat şirkətlərinə hətta Aİ xaricindəki alıcılara belə, Rusiya mayeləşdirilmiş təbii qazının satışı qadağan ediləcək. Avropa Enerji Komissarı Den Yorgensenin ofisinin Poten and Partners şirkətinə göndərdiyi məktubda deyilir: “Qərar şirkətlərə Rusiya mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə …

Read More »

Avropa Şurası zirvəsində Ukrayna ilə bağlı mühüm BƏYANAT

Brüsseldə keçirilən Avropa Şurasının zirvə toplantısından sonra Aİ liderləri Ukrayna və Avropanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı sənəd üzərində razılığa gəliblər. Boyukmillet.com Avropa Şurasının saytında dərc olunmuş rəsmi bəyanata istinadən xəbər verir ki, blok Ukraynaya kömək etmək və Rusiyaya təzyiqi artırmaq niyyətindədir. Görüşdən sonra liderlər Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyiblər: “Avropa İttifaqı Ukraynaya və onun …

Read More »

Türkiyədə iki bələdiyyə başçısı korrupsiyada şübhəli bilinərək saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Adalar və Mersinin Silifke rayonlarında keçirilən əməliyyat nəticəsində bələdiyyə sədrləri də daxil olmaqla çoxlu sayda məmur rüşvət və korrupsiyada şübhəli bilinərək saxlanılıb. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Anadolu Prokurorluğu məlumat yayıb. Məlumata görə, Türkiyənin İstanbul əyalətinin Adalar rayon bələdiyyəsinin sədri Əli Ercan Akpolat, sədr müavinləri Hüseyn Yılmaz və Fırat Durak, həmçinin bəzi bölmə …

Read More »