Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

Rəsmi Pekin İran ətrafındakı vəziyyətin tezliklə həll olunmasına çağırıb

Çin hesab edir ki, İran ətrafındakı münaqişə mümkün qədər tez həll olunmalıdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Pekin gərginliyin davam etməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayıb. Qeyd olunub ki, vəziyyətin tez bir zamanda həlli ABŞ, İran, regional dövlətlər və bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Nazirlik əlavə edib ki, bu münaqişə …

Read More »

İran ya razılığa gələcək, ya da məhv olacaq – ABŞ prezidenti

Tehran ya Vaşinqtonla razılaşma əldə edəcək, ya da məhv olacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə açıqlayıb: “Bu, yalnız zaman məsələsidir. İstəsəydik, bir neçə həftə daha davam edə bilərdik və hər şey bitərdi. Mən bunu onlarla (iranlılarla – red.) yaxşı münasibətlər saxlayan bir çox liderin xahişi ilə dayandırdım. Amma onlar üçün bu, heç nəyi …

Read More »

Çin Hörmüzdə azadlıq və Yaxın Şərqdə sülh istəyir

Çin Hörmüz boğazından gəmiçilik azadlığı və Yaxın Şərqdə sülh istəyir. Boyukmillet.com  xəbər verir ki, bunu Pekindəki Amerika nümayəndə heyətinin üzvü olan ABŞ Ticarət nümayəndəsi Ceymison Qrir Bloomberg TV-dədeyib: “Çin Hörmüz boğazının açıq, rüsumsuz və hərbi nəzarətsiz olmasının vacib olduğuna inanır. Bu, görüşlərdən aydın oldu və biz bunu alqışlayırıq”. ABŞ rəsmisi Çinin İranla münasibətlərə yanaşmasını “çox praqmatik” adlandırıb: “Onlar regionda sülh …

Read More »

Kanada 7 il əvvəl blokladığı Türkiyə PUA-larının idxalını planlaşdırır

Kanada Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) idxalı imkanını nəzərdən keçirir, baxmayaraq ki, cəmi bir neçə il əvvəl eyni PUA-ların istehsalı üçün Türkiyəyə komponentlərin tədarükünü bloklayan ölkələr arasında idi. Boyukmillet.com xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri mənbələrə istinadən yazıb. Məlumata görə, Ottava kəşfiyyat və müşahidə üçün nəzərdə tutulmuş Türkiyə PUA-larının alınmasına maraq göstərir. Bu, Türkiyənin Suriyadakı hərbi əməliyyatı …

Read More »

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır. “Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb. Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib. Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları …

Read More »

Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıb

Fransada qastroenterit yayılması fonunda 90 yaşlı sərnişinin ölümündən sonra Bordoda yanalma körpüsündə dayanan “Ambassador Cruise Line” kruiz laynerində 1 700-dən çox insan karantindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə BMFTV telekanalı məlumat yayıb. Onların arasında 514 nəfər heyət üzvüdür. Ümumilikdə 50-yə yaxın insanda norovirus simptomları müşahidə edilib, bu da yerli səhiyyə orqanlarını karantin elan etməyə məcbur edib. Şetland adalarından yola …

Read More »

ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına yalnız o halda başlaya biləcək ki, HDQ bölmələri atəşə məruz qalmasın. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ HDQ-nin qərargah rəisi admiral Deril Kodl ABŞ Konqresi Nümayəndələr Palatasının müvafiq komitəsinin dinləmələrində qanunvericilərin müvafiq sualını cavablandırarkən bildirib. “Düşmən atəşi altında olarkən bu tapşırığı yerinə yetirmək qeyri-mümkündür”, – o vurğulayıb. Kodl həmçinin dəqiqləşdirib …

Read More »

Hantaviruslu xəstəni qəbul edən xəstəxananın 12 işçisi karantinə alındı

Niderlandın Nijmegen şəhərindəki Radboud Tibb Mərkəzinin on iki işçisi hantavirusa yoluxmuş xəstəni müalicə edərkən protokolları pozduqdan sonra altı həftəlik karantinə yerləşdirilib. Boyukmillet.com Niderland mətbuatına istinadən xəbər verir ki, xəstəxana 7 mayda virusun yayıldığı MV Hondius kruiz gəmisində sərnişin olan xəstənin hantavirusun gücləndirilmiş biotəhlükəsizlik tədbirləri tələb etməsinə baxmayaraq, standart qan toplama və emal prosedurlarından keçdiyini bəyan edib. Daha sonra məlum olub ki, …

Read More »

Rusiyanın ən təhlükəli təyyarələri ilə bağlı peyk görüntüləri YAYILDI

Kazan Aviasiya Zavodu tərəfindən həyata keçirilən Tu-160M modernləşdirmə proqramı çərçivəsində orijinal Tu-160 təyyarələrinin gövdəsi saxlanılmaqla, onlar ən yeni avionika, rabitə sistemləri və təkmilləşdirilmiş mühərriklərlə yenilənir. Boyukmillet.com xəbər verir ki, NATO tərəfindən “Blackjack” adlandırılan Tu-160 dünyada ən böyük və ağır səssiz döyüş təyyarəsi, həmçinin Rusiyanın nüvə silahı daşıya bilən ən güclü strateji bombardmançısı hesab olunur. “Defence Blog” nəşrinin məlumatına görə, ilk uçuşunu …

Read More »

Rusiya arsenalındakı strateji bombardmançıların SAYI AÇIQLANDI – ŞOK SİYAHI

Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında olan strateji bombardmançı təyyarələrin cari vəziyyəti barədə geniş siyahı dərc edilib. Boyukmillet.com xəbər verir ki, “AviVector” tərəfindən 2026-cı ilin aprel ayı üçün hazırlanan bu siyahıda “Tu-160” tipli təyyarələrin göyərtə nömrələri, adları və hazırkı statusları əks olunub. Sənədə əsasən, hazırda Rusiya ordusunda əksəriyyəti “Tu-160M” modifikasiyası olan onlarla təyyarə aktiv xidmətdədir. Bu təyyarələr arasında “Nikolay Kuznetsov” (RF-94100), “Pavel …

Read More »