ABŞ və İran hərbi əməliyyatlara son qoymaq barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılmasını nəzərdə tutan planı müzakirə edirlər. Boyukmillet.com xəbər verir ki, məlumatı Nikkea Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən yayıb: “Razılaşma əldə edildikdən sonra İran boğazı 30 gün ərzində minalardan təmizləməyə davam edəcək. Bundan sonra bütün ölkələrdən gəmilər faktiki bağlanmadan əvvəl olduğu kimi sərbəst və təhlükəsiz …
Read More »ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq
ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda anlaşma memorandumu imzalayacaqlar. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. “ABŞ dövlət katibi Marko Rubio İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla anlaşma memorandumunun imzalanması mərasimində iştirak edəcək”, – məlumatda bildirilib.
Read More »Trampın Yaxın Şərq və Pakistan rəhbərlərindən bu istəyi hamını təəccübləndirib
ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı bir neçə Yaxın Şərq ölkəsi və Pakistan liderlərini Vaşinqton və Tehran sülh razılaşmasına nail olarsa, İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı İbrahim Sazişlərinə qoşulmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Axios iki ABŞ rəsmisinə istinadən yayıb. Bildirilir ki, 23 may tarixində Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə …
Read More »Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolundan DANIŞDI
Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. “Yaxın zamanda Gümrü–Axurik–Akyaka hissəsinin bərpasına başlayacağıq. Türkiyə tərəfində də işlərə başlanılıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx dəmir yolu qovşağının bərpasına da başlayacağıq”, – deyə Ermənistan Baş naziri qeyd edib. Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir …
Read More »İsraildə təyyarə qəzaya uğradı: 2 nəfər həlak oldu
İsrailin şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər — pilot və sərnişin həlak olub. Bu barədə The Times of Israel qəzeti məlumat yayıb. İsrail mediasının “Emek” Tibb Mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ağır xəsarətlər alan pilot və sərnişin dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb və tibb müəssisəsində ölüm …
Read More »DİPLOMATİK QALMAQAL: Rusiya səfirin iqamətgahını BOMBALADI
Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi kütləvi hücumu zamanı Albaniyanın Ukraynadakı səfirinin iqamətgahının yerləşdiyi yaşayış kompleksinə ziyan dəyib. Boyukmillet.com xəbər verir ki, bu səbəbdən Rusiyanın Albaniyadakı səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Albaniyanın xarici işlər naziri Ferit Hoxha “X” platformasında bildirib ki, Albaniya Rusiyanın Ukraynada mülki obyektlərə qarşı həyata keçirdiyi “növbəti qəddar və fərq qoyulmayan raket və dron hücumunu” qətiyyətlə …
Read More »Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ Ev rəhbəri daha əvvəl Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını və onlarla İranla sülh müqaviləsinin …
Read More »Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib. “Report”un AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb. Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb. Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin …
Read More »ABŞ-ın nüvə mütəxəssisləri Ermənistana buna görə gəliblər
Ermənistanda seçki kampaniyasının qızışdığı bir vaxtda ABŞ-nin nüvə mütəxəssisləri İrəvana gəliblər. Erməni mediası yazır ki, səfərdə məqsəd Ermənistanda kiçik modul reaktor (SMR) tikilməsi imkanları və texniki perspektivləri müzakirə olunub.Qeyd etmək lazımdır ki, səfər Ermənistanın yeni nüvə enerji bloku üçün texnologiya seçimi ilə bağlı vacib bir qərarla üzləşdiyi bir vaxtda baş tutur. Maraqlıdır ki, hakim Mülki Müqavilə Partiyasının seçki proqramında 2027-ci …
Read More »Kömür şaxtasında partlayış – 82 ölü, onlarla itkin!
Dünyanın ən böyük kömür istehsalçılarından olan Çində son onilliyin ən ağır, dəhşətli və qanlı sənaye qəzalarından biri qeydə alınıb. Şimal bölgəsində yerləşən nəhəng kömür yatağında baş verən güclü partlayış bütöv bir bölgəni yasa boğub. Boyukmillet.com xəbər verir ki, Çinin şimalındakı Şanşı əyalətinin Çançji şəhərinin Çinyuan rayonunda yerləşən “Liushenyu” kömür şaxtasında daxildə yığılıb qalan qazın qəfil partlaması nəticəsində azı 82 mədənçi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
