Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib. Boyukmillet.com xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib. Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir. Hazırkı …

Read More »

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır: “İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır”. Qeyd edək ki, İrandan atılaraq …

Read More »

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə 230 pilotsuz uçuş aparatı buraxıb. Bəyanatda …

Read More »

BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib

Regionda mövcud gərginlik dövründə Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, öz ərazisindən və ya hava məkanından İrana qarşı heç bir hücum üçün istifadəyə icazə verməyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi bildirib. “BƏƏ İranın dəfələrlə hücumlarına cavab olaraq mövqeyini dəyişməyib və öz ərazisindən, hava məkanından və ya ərazi sularından İrana qarşı heç bir hücum üçün …

Read More »

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır. “Report”un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Şimali Makedoniyada keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İran nüvə potensialına sahib olmağa yaxındır və ballistik raketlərə malikdir, bu isə İsrail də daxil olmaqla təkcə Yaxın Şərq regionu üçün deyil, həm də …

Read More »

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda bildirilir ki, Çin Körfəz ölkələrinin enerjidən asılıdır, xüsusilə də Qətər qazına böyük ehtiyac duyur. Regional hücumlar tanker hərəkətinə mane olub və Qətərdə mayeləşdirilmiş təbii qaz istehsalını qısa müddətə dayandırıb. Bunun fonunda Çin rəsmiləri Tehranı …

Read More »

Vens ABŞ-nin yeni uzunmüddətli münaqişəyə qoşulmaq niyyətində olmadığını deyib

Birləşmiş Ştatlar illərlə uzanacaq münaqişəyə cəlb olunmaq niyyətində deyil. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın yeganə məqsədi İranın heç vaxt nüvə silahına sahib ola bilməməsinə nail olmaqdır. “Prezident sadəcə özünün ikinci müddətinin ilk üç-dörd ili ərzində ölkəni İranın nüvə silahından qorumaq deyil, İranın heç …

Read More »

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır – SƏBƏB

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub. “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirilib.

Read More »

İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektlərinə hücum etdiyini bəyan edib

ABŞ və İsrail dünən İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Rza Nəcəfi jurnalistlərə bəyan edib. “Dünən onlar yenidən İranın zəmanət altında olan dinc məqsədli nüvə obyektlərinə hücum ediblər”, – o bildirib. Nəcəfi xüsusilə Natanzdakı nüvə obyektinin zədələndiyini vurğulayıb. …

Read More »