İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz boğazı açıq olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Əraqçi özünün “X” səhifəsində bildirib. “Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən artıq açıqlanmış razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan dövrü üçün tam açıq elan edilir”, – o bildirib. Qeyd edək …
Read More »Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı “Remi Gazete”də yayımlanıb. Belə ki, Avstraliyanın ümumvətəndaş pasportuna malik vətəndaşları bundan sonra Türkiyəyə turistik məqsədlə və ya tranzit keçid üçün səyahət etdikdə viza almaq məcburiyyətində olmayacaqlar. Qərara görə, onlara hər 180 gün ərzində maksimum 90 gün Türkiyədə qalmaq imkanı verilib.
Read More »Çin nüvə enerjisi potensialına görə dünya liderinə çevrilib
Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt təşkil edib ki, bu da ölkəyə göstərici üzrə dünya reytinqində birinci yeri tutmağa imkan verib. Boyukmillet.com xəbər verir ki, bu məlumatlar Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən hazırlanan və açıqlanan “2026-cı il üçün Çinin nüvə enerjisinin inkişafı haqqında hesabat”da yer alıb. Sənəddən məlum olur ki, Çin ərazisində kommersiya istismarı rejimində …
Read More »Heqset: Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir
Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir. Boyukmillet.com xəbər verir ki, ABŞ-nin müharibə naziri Pit Heqset belə bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Tehranın boğaza nəzarətlə bağlı bəyanatlarına baxmayaraq, “faktiki olaraq heç bir nəzarət yoxdur”. Heqset vurğulayıb ki, ticarət gəmilərinin atəşə tutulması ilə bağlı təhdidləri nəzarət hesab etmək olmaz: “Bu, nəzarət deyil – bu, …
Read More »ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib
İrana qarşı dəniz blokadası tətbiq ediləndən bəri, ABŞ ordusu onu keçməyə çalışan 10 gəmini istiqamətləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib. “Bu günə qədər on gəmi istiqamətləndirilib və bazar ertəsi günü ABŞ blokadası qurulduğundan bəri heç biri onu pozmayıb”, – deyə komandanlıq X sosial media platformasında paylaşım edib. Qeyd edək ki, Vaşinqton və Tehran …
Read More »ABŞ Ordusu İranın dəniz blokadasının bir hissəsi olaraq səkkiz neft tankerini ələ keçirib
ABŞ-nin Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadası tətbiq ediləndən bəri, İslam Respublikasındakı limanlara girməyə və ya çıxmağa çalışan səkkiz neft tankerini saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ administrasiyasının adı çəkilməyən rəsmisinə istinadən məlumat yayıb. Nəşr bildirib ki, ABŞ hərbçiləri radiokanal vasitəsilə ticarət gəmiləri ilə əlaqə saxlayıb və onlardan marşrutlarını dəyişmələrini tələb edib. Ələ …
Read More »Zelenski: NATO və Ukrayna PURL təşəbbüsü üzrə əməkdaşlığı dərinləşdirir
Ukrayna və NATO hava hücumundan müdafiənin (HHM) gücləndirilməsinə yönəlmiş PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığının yekunları üzrə “X” sosial şəbəkəsində yazıb. “Biz NATO-nun Baş katibi Mark Rütte ilə hava məkanımızın qorunması, bizə “Patriot” sistemləri üçün raketlər almağa imkan verən PURL təşəbbüsü, eləcə də …
Read More »Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb
Şimali Kipr adada fəaliyyət göstərən BMT-nin sülhməramlı qüvvələrinin (UNFICYP) Çayhan düzənliyini “bufer zonası” adlandırmasının qəbuledilməz olduğunu bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında vurğulanıb. “Şimali Kipr torpağı və suverenliyimiz altında olan Çayhan düzənliyinin “bufer zonası” kimi xarakterizə edilməsi və bu ərazidə təhlükəsizlik qüvvələrimizin icazəsiz fəaliyyət həyata keçirdiyi iddiası qəbuledilməzdir”, – bəyanatda qeyd olunub. …
Read More »İranda Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı bəyan edilib
ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran “maksimum döyüş hazırlığı” vəziyyətindədir. Boyukmillet.com “CNN World”ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib. Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd …
Read More »Tramp: İran ABŞ ilə saziş bağlamağı çox istəyir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşma əldə etməkdə maraqlıdır və artıq Amerika tərəfi ilə əlaqəyə keçib. Boyukmillet.com xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Deyə bilərəm ki, digər tərəf (İran – red.) bizimlə əlaqə yaradıb, onlar sövdələşmə bağlamağı çox, lap çox istəyirlər”, – Tramp qeyd edib. O vurğulayıb ki, danışıqlarda əsas fikir ayrılığı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
