Bazar ertəsi , 26 Oktyabr 2026

Digər ölkələr

Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək

Əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. “Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz …

Read More »

Şumerdən Trampa sərt sözlər

ABŞ-də atəşkəs qərarı daxildə də müzakirələr doğurub. Boyukmillet.com xəbər verir ki, ABŞ Senatında demokratların lideri Çak Şumer prezident Donald Trampın İranla bağlı iki həftəlik atəşkəs razılaşmasını qəbul etməsinə münasibət bildirib. Şumer sosial şəbəkədə yazıb ki, Tramp geri addım atmağa məcbur olub: “Mən şadam ki, Donald Tramp geri çəkildi və indi özünün boşboğazlığından çıxış yolu axtarır”. Bundan əvvəl demokrat senator ABŞ prezidentini …

Read More »

Hörmüz boğazında 800 gəmi “tələyə” düşüb – qlobal enerji böhranı barədə xəbərdarlıq

Dünya iqtisadiyyatının “şah damarı” sayılan Hörmüz boğazı ətrafında dramatik vəziyyət yaranıb. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından sonra 800-dən çox ticarət gəmisi boğazdan keçmək üçün çıxış yolu axtarır.Boyukmillet.com xəbər verir ki, boğazın blokadası səbəbindən son 5 həftədir davam edən qlobal enerji gərginliyi fonunda gəmi sahibləri atəşkəsin “kiçik hərflərlə” yazılmış detallarını anlamağa çalışırlar. Boğazdakı “tıxac”ın …

Read More »

İsrail Trampın qərarını dəstəkləyir, lakin bu, Livana şamil olunmur – Netanyahu

İsrail ABŞ prezidentinin İrana hücumları dayandırmaq qərarını dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, məlumatı The Times of Israel qəzeti baş nazir Benyamin Netanyahunun açıqlamasına istinadən yayıb. Açıqlamada qeyd olunur ki, İsrail ABŞ-ın “İran təhdidini” neytrallaşdırmaq səylərini dəstəkləyir. ABŞ İranla danışıqlarda İsrailin ortaq məqsədlərinə sadiq olduğunu bildirib. Baş nazir həmçinin qeyd edib ki, ABŞ-ın İranla iki həftəlik atəşkəsi Livana şamil edilmir. Qeyd edək …

Read More »

“Tarixi sazişə çox az qaldı”: Tramp İranla 15 bəndlik planı açıqladı

ABŞ Prezidenti Donald Tramp AFP agentliyinə verdiyi eksklüziv müsahibədə İranla uzunmüddətli həlli nəzərdə tutan 15 bəndlik yeni bir sazişin mövcud olduğunu və bu bəndlərin əksəriyyətinin artıq razılaşdırıldığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, Tramp bu gün — 8 aprel 2026-cı il tarixində verdiyi açıqlamada “Bizim 15 bəndlik sazişimiz var, onların çoxu artıq razılaşdırılıb… Baxaq görək, işi sona çatdıra biləcəyikmi”, — deyə …

Read More »

Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub

Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb. Qeyd edilib ki, Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin qəbul edilməsinə, Rusiya və Çin əleyhinə səs verib, Pakistan və Kolumbiya isə bitərəf qalıb. Bununla əlaqədar olaraq qətnamə qəbul edilməyib. Xatırladaq ki, Fars körfəzi ərəb dövlətləri adından qətnamə layihəsinin təşəbbüskarı qismində Bəhreyn …

Read More »

KTMT-də erməni böhranı: Lukaşenko narazılığını gizlətmədi, İrəvana açıq mesaj göndərdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla işində çox diqqətli və korrekt olması lazımdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Taalatbek Masadıkov ilə görüşdə bildirib. Ermənistanın KTMT çərçivəsində işi dəstəkləməməsinə baxmayaraq, təşkilatda qalmasına diqqət çəkən Belarus lideri bu ölkə ilə diqqətli davranmağı tövsiyə edib. “Çox korrekt olmalıyıq. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə seçki dövründə. Çox çətin vəziyyətdir. …

Read More »

İtaliya rəsmən bəyan etdi: ABŞ-İran qarşıdurması dünyanı uçuruma aparır

İtaliyanın müdafiə naziri Quido Krosetto İranla bağlı artan gərginliyin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib. Boyukmillet.com  xəbər verir ki, nazir Reuters-ə açıqlamasında nüvə eskalasiyası ehtimalını “dəlilik” kimi qiymətləndirərək, vəziyyətin nəzarətdən çıxa biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı qarşıdurma elə mərhələyə çatıb ki, atılan hər addım daha sərt cavabla nəticələnir və bu, münaqişəni daha təhlükəli istiqamətə sürükləyir. Krosetto, həmçinin ABŞ-nin …

Read More »

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib. Boyukmillet.com  xəbər verir ki, bu addım ABŞ-nin İranın infrastrukturuna zərbələr endirmə təhdidləri və rəsmi Tehranın mümkün cavab reaksiyası ilə bağlı yaranan narahatlıqlar fonunda atılıb. Qeyd edək ki, Kral Fəhd körpüsü Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən mürəkkəb körpülər və bəndlər kompleksidir. Strateji əhəmiyyətli bu tikili Səudiyyə …

Read More »

KİV: Britaniya Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı 40 ölkənin hərbçiləri ilə görüş keçirəcək

Böyük Britaniya çərşənbə axşamı, 7 apreldə Hörmüz boğazında hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizliyin təminatı variantlarını müzakirə etmək üçün 40 ölkədən hərbi ekspertlərin iştirakı ilə görüş keçirəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, görüş videokonfrans vasitəsilə keçiriləcək. Görüşdə martda İranı “təhdidləri, minalar quraşdırması, pilotsuz təyyarələr və raket hücumlarını, Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlamaq …

Read More »