Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Tramp ona qarşı qətnamə qəbul edən senatorları qınadı

ABŞ prezidenti Donald Tramp Senatda onun müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnamənin qəbuluna münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o, özünə məxsus “Truth Social” hesabında qətnamənin vaxtsız və mənasız olduğunu, onu dəstəkləyən senatorların isə beləliklə, Vaşinqtonun düşmənlərinə kömək etdiklərini yazıb: “Bu senatorlar mənim işimi daha da çətinləşdiriblər, amma mən bu və ya digər şəkildə bunun öhdəsindən gələcəyəm, çünki həmişə belə edirəm”. Amerika lideri …

Read More »

Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır. Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib. “Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi”, …

Read More »

Cənubi Koreya Ukraynadakı şimallı əsirlərə sahib çıxır

Cənubi Koreya Ukraynada saxlanılan və vətənlərinə qayıtmaq istəməyən Şimali Koreya hərbi əsirlərini qəbul etməyə hazır olduğunu açıqlayıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, Seul artıq iki Şimali Koreya vətəndaşının repatriasiyası ilə bağlı razılığa gəldiyini açıqlayıb. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bunu iyunun 22-də açıqlayıb. Cənubi Koreya mediasının məlumatına görə, Cənubi Koreya beynəlxalq hüquqa istinad edərək Şimali Koreya …

Read More »

Rusiya Ermənistanı Ukraynanın taleyi ilə hədələdi: Uşakovdan SENSASİON bəyanat

Ermənistan ətrafında yaranmış vəziyyət Moskvanın da üzv olduğu “inteqrasiya birliklərinə zərbə vurmaq cəhdidir”. Boyukmillet.com-un məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib. “Yeri gəlmişkən, Ermənistanın siyasi və xarici iqtisadi tərəddüdləri timsalında biz “qaydalara əsaslanan nizam” tərəfdarlarının birbaşa ölkəmizin də iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq üçün göstərdiyi israrlı cəhdləri görürük”, – deyə Uşakov bildirib. O, həmçinin əlavə edib …

Read More »

Türkiyənin 11 gəmisi Hörmüz boğazından keçib

Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından təhlükəsiz keçərək ünvana yetişib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Onun sözlərinə görə, Türkiyə Hörmüz boğazı və körfəzdəki hadisələri izləyir: “Bölgədəki gəmilər və vətəndaşlarımızla sıx təmasdayıq”.

Read More »

ABŞ və İran arasında tarixi anlaşma: 12 milyard dolların taleyi həll olunur

ABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində dörd işçi qrupun yaradıldığı açıqlanıb. Boyukmillet.com Press TV-yə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib. Onun sözlərinə görə, yaradılan qruplar sanksiyaların ləğvi, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq istiqamətləri üzrə fəaliyyət göstərəcək. Qaribabadi həmçinin bildirib ki, İranın dondurulmuş 12 milyard dollar vəsaitinin …

Read More »

ABŞ İran neftinin hasilatı və satışı üçün 60 günlük lisenziya verib

ABŞ Maliyyə Nazirliyi İran neftinin hasilatı, satışı, tədarükü və ya yüklənməsinə 60 gün müddətinə (21 avqustadək) icazə verən müvəqqəti lisenziya verib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu qərar İsveçrədə ABŞ və İran arasında davam edən məhsuldar danışıqlar zamanı əldə olunmuş razılaşmalar çərçivəsində qəbul edilib. Bessent həmçinin …

Read More »

Rusiya NATO ilə savaşın tarixini açıqladı – Avropa üçün kabus ssenarisi…

Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı, NATO ölkələrinin müdafiə büdcələrini rekord həddə yüksəltdiyi və Rusiya-Ukrayna müharibəsinin 4 il 4 aydır davam etdiyi bir vaxtda Moskvadan diqqətçəkən açıqlama gəlib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko iddia edib ki, NATO və Avropa İttifaqı ölkələri 2030-cu illərdə Rusiya ilə mümkün hərbi toqquşmaya real hazırlıq görürlər. Rusiyalı diplomatın sözlərinə görə, Qərbin əsas məqsədi Rusiyanın …

Read More »

Moskva hər gün hədəfdədir: Rusiya nüvə silahına əl atacaqmı?

Moskva yenidən Ukraynanın dron hücumuna məruz qalıb. Rəsmi məlumata görə, son sutka ərzində Moskva istiqamətində uçan 67 Ukrayna PUA-sı vurulub. Ekspertlər Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin effektivliyinin azalması ilə yanaşı, Moskvanın mümkün cavablarının necə olmasını müzakirə edirlər. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Ukraynanın hərbi potensialı genişləndiyi üçün Rusiyanın iri şəhərlərini vurmaq imkanı əldə edib. Musavat.com-a …

Read More »

CNN: İrana qarşı əməliyyat ABŞ-yə təqribən 40 milyard dollara başa gəlib

ABŞ Müharibə Nazirliyi İrana qarşı hərbi əməliyyatların aparılmasına təqribən 40 milyard dollar xərcləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (SBTM) hələ dərc olunmamış araşdırmasına istinadən məlumat yayıb. SBTM-in baş məsləhətçisi Mark Kansianın məlumatına görə, qeyd olunan xərclər istifadə olunmuş döyüş sursatlarının, sıradan çıxarılmış avadanlıqların və Amerika hərbi obyektlərinə dəymiş ziyanın dəyərini əhatə edir. …

Read More »