Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Paşinyan: Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır

İrəvan 102-ci Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. “102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etdiyimizi söyləmək olmaz. Əgər Rusiya hərbi bazasını (Gümrü – red.) Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik. Lakin qalmaq istəsələr, …

Read More »

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. Report-un əldə etdiyi məlumata görə, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir. Valeh Hümbətovun anası Yeganə Hümbətova “Report”a açıqlamasında bildirib ki, …

Read More »

Macarıstan Ermənistanın Avropa İttifaqına yolunu bağlayacaq

Macarıstan heç bir ölkənin Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək. Bunu Macarıstanın Baş naziri Peter Macar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə bildirib. Macarın açıqlaması Macarıstanın sentyabrın 2-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesini növbəti dəfə bloklamasından sonra səslənib. Macarıstanın mövqeyinə görə, Aİ-yə üzvlük prosesi sürətləndirilmiş qaydada deyil, namizəd ölkələrin müəyyən edilmiş meyarlara …

Read More »

ABŞ ordusu dronlara qarşı lazer silahının istehsalı üzrə ilk müqavilə imzalayıb

ABŞ ordusu pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqavilənin bağlandığını elan edib. Boyukmillet.com xəbər verir ki, müqavilə Amerika şirkəti AeroVironment (AV) ilə Davamlı Yüksək Enerjili Lazer (E-HEL) proqramının bir hissəsi olaraq imzalanıb. “Bu ilk yönləndirilmiş enerji proqramı qüvvələrimizə pilotsuz sistemləri məğlub etməyə və əvvəldən dominantlıq etməyə imkan verəcək. İnsan ixtiraçılığını qabaqcıl texnologiya …

Read More »

ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən bu ölkə ilə əlaqəli, İran limanlarına gedən və ya oradan çıxan 86 ticarət gəmisini saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadası ilə bağlı tələbləri ciddi şəkildə yerinə yetirməyə davam edir. Sentyabrın …

Read More »

Fransa və 4 Aİ ölkəsindən Rusiyaya sərt etiraz

Rəsmi Paris Almaniyamın Leypsiq şəhərində partlayıcı maddələr daşıyan dron aşkar edildikdən sonra Moskvaya sərt etirazını bildirib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, digər Avropa paytaxtları da Rusiya nümayəndələrindən izahat tələb edib. Çağırışa səbəb avqust ayında dronun hava limanında görünməsinin arxasında Moskvanın durması ilə bağlı ittihamlar olub. Fransa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb. Portuqaliya xarici işlər …

Read More »

Zelenski təhdidi – Türkiyə şirkəti Rusiyaya onlarla reysi dayandırdı

Türkiyənin “Pegasus” aviaşirkəti sentyabrın 2-nə keçən gecə Moskvaya uçan bir neçə təyyarəni havada geri döndərib, ardınca isə Rusiya istiqamətində onlarla reysi ləğv edib. Boyukmillet.com xəbər verir ki, “Ostorojno, novosti” və “Post” kanallarının məlumatına görə, Bodrum–Moskva, İzmir–Moskva və Antalya–Moskva reyslərini həyata keçirən təyyarələr uçuş zamanı geri dönərək Türkiyədəki hava limanlarına qayıdıblar. Səhər saatlarında isə İstanbuldan Moskva və Sankt-Peterburqa, eləcə də Antalya, İzmir …

Read More »

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb

Səudiyyə Ərəbistanı Azərbaycanda humanitar minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Salem Əl-Kahtani Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında bildirib. “Səudiyyə Ərəbistanı həmçinin Azərbaycana ərazilərinin minalardan təmizlənməsi üçün maliyyə dəstəyi göstərərək əməkdaşlığını genişləndirir”, – o qeyd edib. …

Read More »

Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var

Mərmərə dənizində Silivri şəhəri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə …

Read More »

ABŞ hökuməti dekabra qədər maliyyələşəcək

ABŞ Nümayəndələr Palatası ara seçkilərdən əvvəl hökumətin bağlanmasının qarşısını almaq üçün 11 dekabra qədər hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, 370 qanunverici qanun layihəsini dəstəkləyib, 48-i isə əleyhinə çıxıb.Bundan əvvəl Senat qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləmişdi. Sənəd indi imzalanması üçün Prezident Donald Trampa göndərilməlidir. Qanun layihəsi 11 dekabra qədər federal qurumlar …

Read More »