Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Bu ölkə İranla diplomatik münasibətləri dayandırdı

Peru hökuməti İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib. Boyukmillet.com  xəbər verir ki, müvafiq açıqlamanı Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi yayıb: “Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”. Xarici İşlər Nazirliyi bu addımın, xüsusən də Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb. Nazirlik qeyd edib ki, “Perunun İranla diplomatik münasibətləri …

Read More »

ABŞ İrana qarşı “tankerə tanker” taktikasına başladı

ABŞ iki İran tankerinə hücum edib. Boyukmillet.com xəbər verir ki, ABŞ qüvvələri ötən gecə 100-dən çox SEPAH hədəfinə zərbə endirib. Əməliyyat ABŞ administrasiyasının yeni “tankerə tanker” taktikasının başlanğıcıdır. Məıumata əsasən, Ağ Ev Hörmüz boğazında İran hərbi fəaliyyətinin intensivliyini azaltmağı hədəfləyir. Mənbələr qeyd ediblər ki, ABŞ qüvvələrinin yeni zərbələri “boğazdakı ticarət gəmilərinə təhlükəni ən azı bir ay müddətində azaldıb”.

Read More »

ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək

ABŞ Dövlət Departamenti İraqa “Bell Helicopter” şirkəti tərəfindən istehsal olunmuş helikopterlərin, eləcə də əlaqədar sistemlərin ümumi dəyəri 800 milyon dollar olan potensial satış müqaviləsinə icazə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin saytındakı bəyanatda deyilir. Sənədə əsasən, Dövlət Departamenti İraq tərəfinə “Bell 412EPX” və “Bell 407M” helikopterlərinin, eləcə də onlarla əlaqəli avadanlığın mümkün satışının təsdiqlənməsi barədə …

Read More »

Türkiyəyə qarşı Avropada hərbi cəbhə qurulur – İsraildən 3,1 milyardlıq həmlə

İsrail və Yunanıstan arasında imzalanan 3,1 milyard avroluq nəhəng müdafiə sazişi Egey və Şərqi Aralıq dənizində hərbi balansı dəyişdirəcək addımdır. Musavat.com xəbər verir ki, yeni sistemin yerləşdiriləcəyi coğrafiya və Yunanıstanın Türkiyə ilə uzunmüddətli qarşıdurması nəzərə alındıqda, İsrail silahlarının Türkiyənin qərb istiqamətində yerləşdirilməsi prosesi başlayır. Boyukmillet.com xəbər verir ki, “Axilles qalxanı” adlandırılan proqram Yunanıstanda çoxqatlı hava və raketdən müdafiə sistemi yaradılmasını …

Read More »

Netanyahudan Ankaraya qarşı qalmaqallı bəyanat: “Ərdoğan bizi və ya şəxsən məni sevmir”

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin üzləşdiyi geostrateji risklər və Türkiyənin Yaxın Şərqdə artan nüfuzlu rolu barədə diqqətçəkən bəyanatla çıxış edib.Boyukmillet.com xəbər verir ki, İsrail hökumətinin rəhbəri ölkəsinin coğrafi baxımdan kiçik olduğunu və düşmən halqası ilə əhatə olunma təhlükəsi yaşadığını vurğulayıb. “Biz mühasirəyə düşə biləcək kiçik bir dövlətik. Məhz bu səbəbdən İsrail Türkiyə kimi yeni güclü rəqiblərin ortaya çıxmasının qarşısını …

Read More »

Tramp Kanada şirkətlərini ABŞ-dan çıxmağa çağırdı

Vaşinqton və Ottava arasında ticarət danışıqlarının uğursuzluqla bitməsindən prezident Donald Tramp yenidən Kanada haqqında sərt paylaşımla diqqət çəkib. Boyukmillet.com xəbər verir ki, o, özünə məxsus Truth Social hesabında Kanadanın dövlət müstəqilliyini şübhə altına alıb: “Onlarla bir dövlət kimi davranılmasını istəyirlər, amma belə deyil. Mən Kanada maşınlarını, Kanada ehtiyat hissələrini, Kanada istehsalı olan heç nə istəmirəm. Onlar on illərdir bizi soyurlar …

Read More »

Zəngəzur dəhlizi İran raketlərinin hədəfində – Rusiyadan HƏDƏ

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti və hərbi ekspert Vladimir Yeranosyan bildirib ki, Ermənistan hökumətinin Rusiyaya qarşı atdığı addımları-Volodimir Zelenskini İrəvanda qəbul etməsi və Avropa rəsmiləri və Avropa liderlərinin rusofobik sammitini təşkil etməsi-cavabsız qala bilməz. Onun sözlərinə görə, Ermənistan geosiyasi seçimlərini edərkən qonşuluqda – İranda baş verənləri unutmamalıdır (Bakı-Xəbər). Yeranosyanın fikrincə, ABŞ üçün Ermənistan geosiyasi oyunda açıq-aydın xərclənə bilən …

Read More »

Rusiyanın 5 regionunda PUA təhlükəsi elan olundu

Gecə saatlarından başlayaraq Rusiyanın beş regionunda PUA və raket təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edilib ki, raket təhlükəsi Oryol, Tula və Rostov vilayətlərində elan olunub. Voronej və Leninqrad vilayətlərində isə PUA hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq tətbiq edilib.

Read More »

CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 82 ticarət gəmisinin istiqamətini dəyişdirib

ABŞ silahlı qüvvələri Vaşinqton tərəfindən İrana qarşı tətbiq edilən blokadanın təmin edilməsi çərçivəsində avqustun 28-nə olan vəziyyətə görə 82 ticarət tankerinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinə baxış keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. Komandanlıq dəqiqləşdirib ki, əməliyyatlar İranın blokadasına riayət olunmasını təmin etmək çərçivəsində regional …

Read More »

Rusiya Ukraynanın Nikolayev və İzmayıl limanlarına zərbələr endirib

Rusiya Ukraynanın Nikolayev və İzmayıl şəhərlərindəki liman infrastrukturuna zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Nazirlik iddia edir ki, Nikolayev limanında dəniz yükaşırma terminalı, logistika mərkəzləri, hərbi təyinatlı əmlakı olan 18 anbar və yanacaq-sürtkü materialları olan üç anbar vurulub. Rusiya tərəfinin məlumatına görə, İzmayıl limanında yanacaqdaşıyan maşınların dayanacağına və yanacaq-sürtkü materiallarının boşaldıldığı ərazilərə zərbə …

Read More »