Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

İran BMT-ni ABŞ-nin məcburedici tədbirlər və ikinci dərəcəli sanksiyalardan istifadəsini pisləməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd olunub. “İran həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş katibindən bu tədbirlərin humanitar və insan hüquqları nəticələrini, o cümlədən mülki vətəndaşların qida, dərman, səhiyyə, enerji, nəqliyyat, humanitar yardım və ləyaqətli …

Read More »

Slovakiyada Ukraynaya məxsus dron zavoduna qarşı böyük təxribatın qarşısı alınıb

Slovakiya polisi Ukraynanın bu ölkədəki dron istehsalı zavodunun yandırılmasının qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Slovakiya mətbuatı yayıb. Bildirilir ki, avqustun 25-də Slovakiya polisi üç xarici vətəndaşı Ukraynaya məxsus və qabaqcıl müşahidə dronları istehsal edən Skyeton zavoduna atəş açmaq planı hazırlamaqda şübhəli bilinərək saxlayıb. İki şübhəli Slovakiyada, üçüncüsü isə Almaniyada həbs edilib. Slovakiya polisi açıqlamasında saxlanılanların vətəndaşlığını qeyd etməyib. Polis …

Read More »

ABŞ Ədliyyə Nazirliyi Trampın adı çıxarılan məşhur mərkəzlə bağlı xəbərdarlıq yaydı: Söküləcək

ABŞ paytaxtının əsas teatr və konsert kompleksi olan Con Kennedi adına İfa Sənətləri Mərkəzi yenidən qurulmadığı və ABŞ prezidenti Donald Trampın adı bərpa edilmədiyi təqdirdə sökülmə ilə üzləşəcək. Boyukmillet.com xəbər verir ki, bu xəbərdarlıqla ABŞ Ədliyyə Nazirliyi çıxış edib. Qeyd olunur ki, vəkillərin “struktur baxımından sağlam olmayan, son dərəcə təhlükəli və ölkə paytaxtının nüfuzuna xələl gətirən” adlandırdığı mərkəz, Amerika daşınmaz əmlak …

Read More »

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib. Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər …

Read More »

Erməni hərbçilər Zəngəzur dəhlizinə görə ABŞ-yə GETDİ

Ermənistanın sərhəd qoşunlarının və gömrük xidmətinin əməkdaşları ABŞ-də yenidən hazırlıq kursu keçiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. “Ermənistanın sərhəd qoşunlarının və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri Texas ştatının El-Paso şəhərində keçirilən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin beynəlxalq dəmir yolu sərhəd nəzarəti məsələlərinə həsr olunmuş təlimində iştirak ediblər”, – məlumatda deyilir. Qeyd olunur ki, …

Read More »

Moskva Türkiyədən benzin almağa başladı

Rusiya yanacaq qıtlığı fonunda NATO ölkəsindən ilk dəfə benzin idxal etməyə başladı Boyukmillet.com xəbər verir ki, Rusiya daxili bazarda yaranan kəskin yanacaq çatışmazlığı fonunda NATO üzvü olan Türkiyədən dəniz yolu ilə ilk təsdiqlənmiş benzin partiyasını qəbul edib. “S&P Global” və “Kpler” təşkilatlarının məlumatına görə, “Wendrix” tankeri Türkiyənin Mersin limanından Rusiyanın Primorsk limanına təxminən 200 min barel yanacaq çatdırıb. Mütəxəssislər yanacaq böhranını …

Read More »

BMT-dən Rusiya ilə bağlı ŞOK rəqəmlər

Rusiyada Ukrayna müharibəsi nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı son bir ildə kəskin artıb. BMT-nin açıqladığı rəqəmlərə görə, artım 119 faiz təşkil edib. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Enn DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib. Rusiya hakimiyyətinin BMT-yə təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Rusiyada 329 dinc sakin …

Read More »

Ermənistan və İran dizel yanacağı və mayeləşdirilmiş qazın tədarükünü müzakirə ediblər

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və İranın Ermənistandakı səfiri Xəlil Şirqolami görüş zamanı dizel yanacağı və mayeləşdirilmiş qazın uzunmüddətli tədarükü perspektivlərini müzakirə ediblər. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişafını, əmtəə dövriyyəsinin və investisiyaların, infrastrukturun və işgüzar əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Papoyan Ermənistan məhsullarının İran bazarında mövcudluğunun genişləndirilməsi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran …

Read More »

Bakı aeroportunda ƏMƏLİYYAT: Bağdaddan gələn sərnişinlər cinayət başında TUTULDU

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib. Dövlət Gömrük Komitəsindən Musavat.com-a bildirilib ki, tədbirlər çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən olunub. Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə …

Read More »

ABŞ 200 minə yaxın vizanı ləğv edir: Qərar kimlərə şamil olunacaq

ABŞ prezidenti Donald Tramp administrasiyası ölkəyə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən və ya hazırda müraciət prosesində olan əcnəbilərin 200 minə yaxın turist və işgüzar vizasını ləğv etməyə hazırlaşır. Boyukmillet.com “RBC-Ukrayna”ya istinadən qərar qəbul olunarsa, bu, ABŞ tarixində eyni anda həyata keçirilən ən böyük kütləvi viza ləğvi olacaq. Söhbət 2016-2026-cı illər arasında verilmiş B1 (işgüzar) və B2 (turistik) kateqoriyalı vizalardan …

Read More »