Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, liderlərin Qırğızıstanda keçiriləcək görüşü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində baş tutacaq. Görüş zamanı bir sıra məsələlər, o cümlədən Qara dənizdəki vəziyyət və ümumilikdə Ukrayna məsələsi müzakirə olunacaq. Bununla yanaşı, Türkiyə-Rusiya arasında …
Read More »Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Saratov vilayətindəki Engels aerodromunda “Tu-95MS” raketdaşıyıcısını vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib. V.Zelenskinin sözlərinə görə, “Tu-95MS” təyyarələri Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunur.
Read More »ABŞ narkokartellərin dronlarına qarşı o silahdan istifadəyə başladı
ABŞ ordusu Meksika sərhədi yaxınlığında Meksika narkotik kartellərinə mıxsus 3 dronunu vurmaq üçün lazer silahlarından istifadə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Reuters ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sisteminin istifadəsinə başlayıb. Əməliyyatın yeri açıqlanmayıb və Reuters dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib. …
Read More »İsrail SEPAH döyüşçülərinin mühasirədə olduğu ərazini bombaladı
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı Nəbatiyyə şəhərinin kənarında Hizbullah-ın yeraltı obyektlərini məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Lebanon Debate xəbər portalı yayıb. Bildirilir ki, şəhərin şərqindəki Əli əl-Tahir yüksəkliklərində mühasirədə olan Hizbullah və SEPAH qüvvələri bu zərbələr nəticəsində itki verib. Ölən döyüşçülərin sayı barədə heç bir məlumat verilməyib. İsrail hərbi sözçüsü Ella Vavijanın 27 avqustda ərəb dilində verdiyi …
Read More »ABŞ ordusunun Hörmüzdən keçirdiyi gəmilərin sayı açıqlandı
ABŞ ordusu son bir neçə ay ərzində Hörmüz boğazından təxminən 1500 ticarət gəmisinin keçidinə kömək edib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper Komandanlığın X hesabında deyib: “Son bir neçə ay ərzində ABŞ ordusu boğazdan təxminən 1500 ticarət gəmisinə kömək edərək koordinasiyalı qoruma təmin edib. Bu gəmilər qlobal enerji bazarlarına yönəlmiş təxminən 750 milyon barel …
Read More »Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı
Məhkəmə tərəfindən barəsində iki aylıq həbs qətimkan tədbiri seçilən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tibb mərkəzindən çıxarılaraq istintaq təcridxanasına gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə, sabiq dövlət başçısı məhkəmə binasından birbaşa götürüldüyü “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzində müvafiq həkim müayinəsindən keçdikdən sonra Ədliyyə Nazirliyinin “Yerevan-Kentron” cinayət-icra müəssisəsinə təhvil verilib.Qeyd edək ki, avqustun 27-si …
Read More »Şəhərə yağan bombalar mülki obyektləri KÜLƏ DÖNDƏRDİ
Cümə axşamına keçən gecə Rusiya hərbçiləri Kramatorsk şəhərinə 7 aviabomba atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) məlumat yayıb. DFHX-nin məlumatına görə, bombalar yaşayış massivinə düşüb. Nəticədə 16 mənzilli bina və digər mülki infrastruktur obyektləri zədələnib, yanğınlar baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov özünün “Telegram” kanalında …
Read More »Dünyanın ən böyük yükdaşıma şirkəti Rusiya limanı ilə işi dayandırdı
Dünyanın ən böyük konteyner şirkəti olan MSC Rusiyanın Novorossiysk limanında fəaliyyətini dayandırıb. Boyukmillet.com Bloomberg-ə istinadən xəbər verir ki, qərar, ehtimal ki, Rusiya limanına gedən MSC ULSAN III konteyner gəmisinə son dron hücumu ilə əlaqədardır. Şirkət hələlik Novorossiyskə və Novorossiyskdən müntəzəm xidmətləri nə vaxt bərpa edəcəyini dəqiqləşdirməyib və müştərilərə alternativ daşıma variantları axtarmağı tövsiyə edir.MSC Sankt-Peterburq da daxil olmaqla, digər Rusiya …
Read More »Almaniya Böyük Britaniyanın nüvə silahına yatırım etmək istəyir
Almaniya Böyük Britaniyanın nüvə silahlarının modernləşdirilməsi proqramını maliyyələşdirmək üçün danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının artıq etibarlı müttəfiq hesab edilməməsi nəzərə alınmaqla, Berlin London və Parislə nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlıq qurmaqda maraqlıdır. Qeyd olunur ki, Almaniyanın planlarına “Böyük Britaniyanın silahlarından çəkindirmə sisteminin işini dəstəkləmək …
Read More »Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb
Qarabağ Universitetində İstanbul Texniki Universiteti (İTU) nəzdində akademik bölmələr yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də yayımlanıb. Qərara əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr yaradılacaq. Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
