Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ vizası almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-nin Massaçusets Rayon Məhkəməsi xarici jurnalistlər, tələbələr və mübadilə proqramlarının iştirakçıları üçün nəzərdə tutulan yeni viza qaydalarının tətbiqini məhkəmə prosesi başa çatana qədər dayandırıb.

Bu barədə TASS-ın nəzərdən keçirdiyi məhkəmə qərarında qeyd olunub.

İddiaçı tərəf təxminən 600 kollec və universiteti təmsil edən qeyri-kommersiya təşkilatı – Ali Təhsil və İmmiqrasiya üzrə Prezidentlər Alyansıdır. Cavabdeh qismində isə ABŞ Daxili Təhlükəsizlik Departamenti çıxış edir.

Hakim Dennis Seylor qərarında bildirib ki, iddiaçıların vəsatəti son qərarın qüvvəyə minmə tarixinin təxirə salınması şərtilə təmin edilir.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları üçün viza prosedurlarına yenidən baxıldığını açıqlamışdı. Yeni qaydalara əsasən, onların ölkədə qalma müddətinin maksimum 240 günlə məhdudlaşdırılması nəzərdə tutulurdu.

Çin vətəndaşları üçün isə bu müddətin 90 günə endirilməsi planlaşdırılırdı./Ajans

Check Also

Avropa Ermənistana qapıları açır, amma şərtləri var

Avropa İttifaqı Ermənistandan idxal edilən malların təxminən 80 faizinə tətbiq olunan gömrük rüsumlarını müvəqqəti ləğv …