Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

İran XİN Yaxın Şərq ölkələrini təhdid etdi

ABŞ-ın İran ərazisinə zərbələri fonunda İra8n Xarici İşlər Nazirliyi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda günahlandırıb. Boyukmillet.com xəbər verir ki, nazirliyin açıqlamasında Yaxın Şərq ölkələrinə ABŞ-a kömək etməmək barədə xəbərdarlıq edilib: “Müharibəyə son qoyan müqavilənin imzalanmasından cəmi 25 gün sonra ABŞ həmin müqavilənin demək olar ki, bütün müddəalarını açıq şəkildə pozdu. İranın nəqliyyat infrastrukturuna, balıqçı gəmilərinə, yük barjalarına, meteoroloji qurğularına və binalarına …

Read More »

Qremin xatirəsinə hörmət üçün Rusiyaya qarşı sanksiya qanunu qəbul edilməlidir – Senatorlar

ABŞ Senatında qəfil vəfat edən Respublikaçı senator Lindsi Qremin xatirəsinə Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini qəbul etməyə çağırış edilib. Boyukmillet.com xəbər verir ki, çağışla Demokrat senatorlar Jeanne Shaheen və Richard Blumenthal çıxış edib: “Cümə günü senatorlar Qrem, Blumental, Uiker və mən Ağ Evin Rusiyaya qarşı sanksiyalar qanun layihəsini dəstəklədiyini elan etdik. Lindseyə, onun irsinə və onun nə üçün dayandığına …

Read More »

Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək

Almaniya Ukraynaya 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) tədarükünü maliyyələşdirəcək. Bu, Qərb ölkələri tərəfindən Kiyevə ayrılan ən böyük məlum PUA sifarişlərindən biri hesab olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb. Məlumata görə, sifarişə Ukraynanın iri istehsalçılarından biri olan SkyFall şirkətinin istehsal etdiyi Shrike dronları daxildir. Bu pilotsuz aparatlara ABŞ-ın müdafiə texnologiyaları sahəsində …

Read More »

Körfəzdə idarəolunmaz xaos: SEPAH Hörmüzdə qaydaları pozan daha bir gəmini atəşə tutdu

Yaxın Şərqin dəniz yollarında hərbi qarşıdurma artıq idarəolunmaz fazaya keçib. Boyukmillet.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü Hörmüz boğazında sayca ikinci ticarət gəmisinə zərbə endirdiyini rəsmən elan edib. İranın dövlət telekanalı “IRIB”-in yaydığı təcili xəbərdə SEPAH-ın bu bəyanatı yer alıb: “Hörmüz boğazından keçid qaydalarını pozmaqda ittiham olunan ikinci gəmi də uğurla atəşə tutulub”.  Hər iki ticari …

Read More »

Tel-Əvivdən müharibə əmri: İsrail ordusu təkbaşına İranı vuracaq

Yaxın Şərqdə genişmiqyaslı və dağıdıcı böyük bir müharibənin başlanması an məsələsinə çevrilib.Boyukmillet.com xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qarşı heç bir müttəfiqinin köməyi olmadan, tamamilə təkbaşına hərbi əməliyyata başlamağa hazırlaşdığını rəsmən bəyan edib. Nazirin sözlərinə görə, regional gərginliyin pik həddə çatdığı bir vaxtda İsrail ordusu artıq ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Müdafiə naziri Kats jurnalistlərə …

Read More »

Rusiya Azovda gəmi daşımalarını dayandırdı – Kerçdən keçmək olmur

Azov dənizindəki hücumlardan sonra Rusiya Azov-Don dəniz kanalından gəmi daşımalarını dayandırıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, bu fonda Avropada buğda qiymətləri artaraq, son altı həftədə ən yüksək səviyyəyə çatıb. Məlumatlara görə, Azov-Don dəniz kanalının bağlanması qərarı Azov dənizində 13 Rusiya gəmisinə edilən hücumlardan sonra verilib. Onların arasında on tankerin də olduğu bildirilir. Bildirilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin …

Read More »

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Xəbər verdiyimiz kimi, İsrail qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi prosedurları dayandırıb. Rəsmi Təl-Əviv-Ankara münasibətlərinin gərginliyini və qondarma “erməni soyqırımı”nın Türkiyəyə qarşı əsas hücum istiqamətlərindən biri olduğunu nəzərə alanda, İsrail hökumətinin bu qərarı gözlənilməz hesab oluna bilər.  O zaman sual yaranır: İsrail niyə Türkiyəyə qarşı “soyqırımı” kartından imtina etdi? Hadisələrin inkişafı və yayılan məlumatlar İsrailin geri çəkilməsinin əsas səbəbinin …

Read More »

Ərdoğanın bu hədiyyəsi diplomatik qalmaqala səbəb oldu – FOTO

Ankarada keçirilən 36-cı NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət və hökumət başçılarına təqdim etdiyi “Sarsılmaz SR 38” markalı xüsusi istehsal revolverlər beynəlxalq gündəmdə geniş müzakirəyə səbəb Boyukmillet.com xəbər verir ki, hər biri liderlərin adına xüsusi işlənmiş və müvafiq ixrac sənədləri ilə müşayiət olunan bu hədiyyələr, bir çox ölkənin sərt silah qanunvericiliyi və diplomatik etik qaydaları ilə toqquşduğu …

Read More »

İran İordaniyadakı ABŞ hərbi bazasını ballistik raketlərlə hədəfə aldı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi qüvvələrinin yerləşdiyi İordaniyadakı “Muvaffaq Salti” aviabazasına qarşı ballistik raket zərbələri endirdiyini rəsmən bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu hücum, ABŞ-ın İrana qarşı son hava əməliyyatlarına cavab olaraq həyata keçirilən genişmiqyaslı hərbi eskalasiyanın bir hissəsidir. Press TV və digər regional mənbələrin məlumatına görə, raketlərin əsas hədəfi ABŞ-a məxsus F-35, F-15 və F-16 …

Read More »