Çərşənbə , 23 Sentyabr 2026
Drone Cameras

ABŞ Qrenlandiyada əlavə iki hərbi baza quracaq

ABŞ Danimarka ilə razılaşmalara uyğun olaraq Qrenlandiyada iki əlavə hərbi bazadan istifadə etməyə başlayacaq.

Boyukmillet.com Reutersə istinadən xəbər verir ki, Amerika tərəfi “Qrenlandiyanın cənubunda Soyuq Müharibə dövründən qalma hərbi bazanı yenidən açmağı və şərq sahilindəki bazada hərbi mövcudluq yaratmağı planlaşdırır”.

Agentlik qeyd edir ki, bu, əvvəllər Amerika aviabazası olan Bluie West One adasının cənub hissəsindəki Narsarsuaq yaşayış məntəqəsinə aiddir. ABŞ onu 1950-ci illərin sonlarında bağlamışdı.

Danimarka hərbçiləri tərəfindən istifadə edilən şərqi Qrenlandiyada yerləşən Mesters Vig hərbi obyekti digər bazadır.

Reuters-in məlumatına görə, bu, Vaşinqton administrasiyası ilə Danimarka və Qrenlandiya rəhbərliyi arasında əldə edilən razılaşmaların bir hissəsidir. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə müvafiq sənədlərin imzalanmasının sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutacağı gözlənilir.

Check Also

Azərbaycanlı polis rəisinin iş otağı dronla VURULDU – Bu ÖLKƏDƏ

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna …