Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Yunanıstanın axtarış və xilasetmə işlərini həyata keçirməli olduğu beynəlxalq sularda – Krit adasının 80 dəniz mili qərbdə (Eksklüziv İqtisadi Zona – red.) İsrailin “Qlobal Sumud Donanması”na müdaxilə etməsi Afinanın öhdəliyini yerinə yetirmədiyinin göstəricisidir. …

Read More »

Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Amerika lideri bunu Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində deyib. “Bəli, mən bunu məhv etmək istərdim”, – deyə o, İranın raket texnologiyaları sahəsində hələ də mövcud olan istehsal gücləri haqqında suala cavabında bildirib. Amerika administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar və …

Read More »

İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub

İranın hərbi əməliyyatların tam dayandırılması haqqında Pakistan vasitəsilə ABŞ-yə ötürülən 14 bənddən ibarət təklifinin bəzi detalları məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Qeyd edilib ki, ABŞ tərəfinin təqdim etdiyi doqquz maddəlik təklifdə iki aylıq atəşkəs tələbi olub. Rəsmi Tehran isə buna cavab olaraq bildirib ki, məsələlər 30 gün ərzində həll edilməli və diqqət atəşkəsin uzadılması …

Read More »

ABŞ-dən İranla bağlı sərt siqnal – ŞOK DETALLAR

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt və prinsipial mövqeyini bir daha açıq şəkildə ortaya qoyub. O, Vaşinqtonun regionu tərk etmək niyyətində olmadığını və yaranmış gərginliyin “yarımçıq” deyil, yalnız “düzgün və köklü şəkildə” həll ediləcəyini qətiyyətlə bəyan edib. “Biz vaxtından əvvəl ayrılmayacağıq və İran məsələsini düzgün yolla həll edəcəyik”, – deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə illərlə …

Read More »

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib

Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb. Bu barədə  “Kommersant” nəşrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər. Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir. …

Read More »

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılması avropalılar üçün öz müdafiələrini daha da gücləndirməyə stimul olmalıdır. “Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı gözlənilən idi. B.Pistorius qeyd edib ki, qismən ixtisar hazırda 40 minə yaxın hərbçinin yerləşdiyi Almaniyada ABŞ-nin hazırkı mövcudluğuna təsir edəcək: “Biz, avropalılar, öz təhlükəsizliyimiz üçün üzərimizə daha …

Read More »

ABŞ Hörmüz boğazında 45 ticarət gəmisinin istiqamətini dəyişdi

ABŞ qüvvələri Hörmüz boğazında vəziyyətin gərginləşməsindən sonra 45 kommersiya gəmisini təhlükəsiz istiqamətə yönləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb. Bildirilib ki, gəmilərin marşrutu boğazda tətbiq olunan blokada səbəbindən dəyişdirilib. Məqsəd ticarət gəmilərinin mümkün təhlükələrdən qorunması və bölgədə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsidir.  Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. …

Read More »

İranın son təklifi mətbuata sızıb

İran vasitəçiləri məlumatlandırıb ki, Vaşinqton Tehranın münaqişənin həlli ilə bağlı son təklifini nəzərdən keçirməyə hazır olduğunu göstərərsə, gələn həftənin əvvəlində Pakistanda danışıqlarda iştirak etməyə hazır olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunub ki, Tehran əvvəllər təqdim etdiyi təklifdə ABŞ-nin hücumlara son qoyacağına və İran limanlarının blokadasının ləğv ediləcəyinə …

Read More »

Ukrayna ordusu Çelyabinsk aerodromunda Rusiya hərbi təyyarələrinin vurulduğunu açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir neçə Su-57 qırıcısının və Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulduğunu bəyan edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat verib. Məlumatda qeyd olunur ki, aviasiyanın vurulması Rusiyanın Ukrayna ərazisindəki mülki obyektlərə zərbə endirmə imkanlarının azaldılması tədbirlərinin bir hissəsidir. “2026-cı il aprelin 25-də Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda …

Read More »

ABŞ-İran gərginliyi yenidən artır: Pentaqon kəşfiyyat təyyarəsini Yaxın Şərqə göndərdi

ABŞ-yə məxsus “RC-135 Rivet Joint” strateji kəşfiyyat təyyarəsinin Yaxın Şərqə doğru istiqamət aldığı bildirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə OSINT (açıq mənbələr əsasında kəşfiyyat) mənbələri məlumat yayıb. Hərbi ekspertlərin fikrincə, bu tip kəşfiyyat texnikasının bölgəyə dislokasiyası potensial hərbi zərbə və ya münaqişənin kəskin şəkildə eskalasiyası ərəfəsində atılan hazırlıq addımı hesab oluna bilər. Hazırda təyyarənin bölgədəki hərəkəti və kəşfiyyat fəaliyyəti beynəlxalq …

Read More »