Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Çin 20 Yaponiya şirkətinə ixrac məhdudiyyətləri tətbiq edib

Çinin Ticarət Nazirliyi 20 Yaponiya şirkətini ikili təyinatlı malların ixracına nəzarət siyahısına daxil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qərara əsasən, ölkənin şirkətlərinə Çin hakimiyyət orqanlarının əvvəlcədən icazəsi olmadan bu təşkilatlara ikili təyinatlı malların tədarükü qadağandır.

Pekin izah edib ki, tədbirlər Tokionun yenidən hərbiləşdirmə kursu ilə əlaqədar olaraq görülüb. Siyahıya, xüsusən də Yaponiya Müdafiə Tədqiqatları İnstitutu, eləcə də Mitsubishi, Komatsu və Fujitsu şirkətlərinin törəmə müəssisələri daxil olub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …