Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb. G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan – Odessanın prokuroru, 2015-ci ilin dekabrından – Odessa vilayəti prokurorunun müavini postunu tutub. …

Read More »

Tramp: ABŞ və İran bombalanmış nüvə obyektlərindən uranın birlikdə çıxarılması barədə razılığa gəlib

Vaşinqton və Tehran arasındakı ilkin razılaşmaya İranın bombardmana məruz qalmış nüvə obyektlərində uranın birgə çıxarılması daxildir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib. “Hazırkı məqamda bizim yaxın gələcəkdə buna başlayacağımız güman edilir. İndi bunu onlarla birlikdə həyata keçirəcəyimizə dair razılaşma əldə olunub”, – o dəqiqləşdirib. Trampın sözlərinə görə, Vaşinqtonla müzakirə edilən sövdələşmə …

Read More »

ABŞ yenidən Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, hücum nəticəsində iki narkotik alverçisi öldürülüb. “SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə “Cənub nizəsi” birgə əməliyyat qrupu iyunun 3-də gəmiyə zərbə endirib. Kəşfiyyat onun Sakit …

Read More »

Almaniya, Fransa və Britaniya Ukrayna ilə Rusiya arasında danışıqların başladılmasını müzakirə edir

Almaniya, Fransa və Böyük Britaniya Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar prosesinin təşkili perspektivlərini müzakirə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazıb. Mövcud məlumatlara görə, üç dövlət diplomatları bir-biri ilə, eləcə də Ukrayna tərəfi ilə Moskva və Kiyev arasında dialoqun başlanması üçün mümkün tədbirlər barədə məsləhətləşmələr aparır. “Bloomberg”in mənbələri bildiriblər ki, ABŞ-nin vasitəçiliyi ilə …

Read More »

Avropa Komissiyası Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edib

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrini blokun iqtisadiyyatının rəqabətədavamlılığını artırmaq üçün islahatları sürətləndirməyə çağırıb və xəbərdarlıq edib ki, Avropa geosiyasi qeyri-sabitlik, artan qlobal rəqabət və davam edən büdcə disbalansları fonunda öz mövqelərini itirmək riski ilə üzləşir. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat üzrə avrokomissar Valdis Dombrovskis Brüsseldə keçirilən mətbuat konfransında Avropa semestri çərçivəsində yaz tövsiyələr paketini təqdim edərkən bildirib. Komissarın …

Read More »

Paşinyandan Moskvaya sərt cavab: “Bizim qarşımızda seçim qoymayın”

Ermənistanın Avropa İttifaqına meyillənməsi fonunda rəsmi Moskvanın, xüsusilə Rusiya XİN rəsmisi Mariya Zaxarova və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrəvanı hədəf alan sərt təhqir və lağlağılarına Baş nazir Nikol Paşinyandan gözlənilməz və sensasiyalı etiraz gəlib.Boyukmillet.com xəbər verir ki, Ermənistan parlamentində çıxış edən Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı məsələsində Rusiya ilə hər hansı bir açıq mübahisəyə və ya müharibəyə girmək niyyətində …

Read More »

Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova, İrəvanın Rusiya ilə münasibətləri ilə bağlı açıqlamalarının onun hərəkətlərinə zidd olduğunu vurğulayıb. Zaxarova bildirib ki, Rusiyaya qarşı siyasət yürüdən Ermənistanın NATO ilə yaxınlaşması narahatlıq doğurur. XİN sözçüsü həmçinin qeyd edib ki, bütün bunlar Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxmaq istəyi ilə bağlıdır: “Əksinə, Rusiya Cənubi Qafqazdan çıxmayacaq və çıxmaq niyyətində də deyil. Bu, …

Read More »

SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var!

Küveyt Beynəlxalq Aeroportunun sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var. Bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. Küveytin KUNA informasiya agentliyinin yaydığı rəsmi bəyanatda deyilir: “T1 sərnişin terminalının İrana məxsus pilotsuz uçuş aparatları və raketlərin hücumuna məruz qalmasından sonra Küveyt Beynəlxalq Aeroportunda fövqəladə hallar planı …

Read More »

ABŞ İrana və onun aktivlərinə sanksiyaları ləğv etməyəcək

ABŞ anlaşma imzalanması üçün bonus olaraq İran aktivlərini Tehrana qaytarmaq, yaxud İrana qarşı sanksiyaları aradan qaldırmaq niyyətində deyil. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləmələri zamanı deyib. “Hər şey şərtlərdən asılı olacaq. Bu o deməkdir ki, ABŞ-dan heç bir imza bonusu, heç bir xoşməramlı jest olmayacaq. Əlbəttə ki, bu vəsaitlər proksi qüvvələrin …

Read More »

ABŞ kəşfiyyatında qarşıdurma: İranla bağlı məlumatların ötürülməsi dayandırılıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranla bağlı məlumatları Milli Kəşfiyyat Direktorunun Ofisi ilə paylaşmağı dayandırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb: “Səlahiyyət və kəşfiyyat paylaşımı ilə bağlı fikir ayrılıqları fonunda MKİ bəzi kəşfiyyat qiymətləndirmələrinə, o cümlədən İrana qarşı müharibə ilə bağlı qiymətləndirmələrə töhfə verməyi dayandırıb” . Bildirilir ki, MKİ ilə Milli Kəşfiyyat Direktorunun Ofisi arasında bir ildən çoxdur …

Read More »