Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Nümayəndələr Palatası Vaşinqton administrasiyasını yeni şətdaundan qoruyacaq sənədi qəbul etdi

ABŞ Nümayəndələr Palatası hökumətin 4 dekabra qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanun layihəsi maliyyə ilinin sonuna qədər (ABŞ-da 30 sentyabrda başa çatır) federal agentliklərin maliyyələşdirilməsini mövcud səviyyədə saxlayır. 220 ABŞ qanunvericisi qanun layihəsinin lehinə, 205-i isə əleyhinə səs verib. Sənəd indi baxılmaq üçün Senata göndəriləcək. Qanunverici orqanın yuxarı palatası tərəfindən təsdiqlənərsə, qanun layihəsi imzalanmaq …

Read More »

Qaqauziyada siyasi böhran – aksiyalar başlayır, Türkiyə isə…

Moldovada Qaqauziya muxtariyyətinin gələcəyi ətrafında siyasi gərginlik yeni mərhələyə qədəm qoyub. Boyukmillet.com “Nezavisimaya qazeta” ya istinadən xəbər verir ki, Moldova prezidenti Maya Sandunun Qaqauziya Xalq Məclisinin deputatları və muxtariyyət rəhbərləri ilə keçirdiyi görüşlərdən sonra rəsmi Kişinyov seçki sisteminin dəyişdirilməsi istiqamətində israrını davam etdirir. Lakin Qaqauziya rəhbərliyi bu təşəbbüsün muxtariyyət haqqında qanunun və Konstitusiyanın pozulması olduğunu bildirərək etiraz edir. Prezident Administrasiyasının …

Read More »

İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq – Tehrandan xəbərdarlıq

İran nüvə obyektlərinə mümkün yeni zərbələri regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcək və qətiyyətlə cavab verəcək. Boyukmillet.com xəbər verir ki, bu, İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya qərargahının bəyanatında əksini tapıb. Bəyanatı İran Dövlət televiziyası və radiosu ayıb. Bəyanatda qeyd olunur ki, “Amerika İslam Respublikasının nüvə və strateji obyektlərinə hücum etməklə hədələyib”: “Əgər bu ölkənin terrorçu ordusu belə bir mərhələyə çatarsa, biz bunu …

Read More »

ABŞ kəşfiyyatı İranla bağlı SENSASİON MƏLUMAT yaydı

ABŞ kəşfiyyat icmalarının qiymətləndirmələrinə görə, son Amerika zərbələrinin İrana ciddi təsir göstərməyəcəyi və onun danışıqlar mövqeyini yumşaltmayacağı ehtimal olunur. Boyukmillet.com xəbər verir ki, “The Washington Post” nəşri amerikalı rəsmilərə istinadən yazır ki, ABŞ və İran sonsuz “müharibə və sülh dövrü”nə giriblər.Prezident Donald Trampın zərbələrin miqyasını genişləndirmək kursu Birləşmiş Ştatlarda münaqişəyə qarşı artan tənqidlər fonunda siyasi risklər daşıyan pat vəziyyətinə səbəb olub.

Read More »

Börnemin hakimiyyətə gəlməsi dövlət çevrilişi adlandırıldı

Sağçı populist “Reform UK” partiyasının lideri Naycel Faraj Endi Börnemin Birləşmiş Krallığın baş naziri təyin edilməsini dövlət çevrilişi adlandırıb və ölkədə erkən ümumi seçkilərin keçirilməsinə çağırıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, N.Faraj “The Daily Mail” qəzetində dərc olunan köşə yazısında yazıb: “Cəmi bir neçə həftə ərzində Endi Börnem baş nazirin Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahına basqın etdi …

Read More »

Tamp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik”

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sentrifuqalarını köçürüb-köçürməməsi ilə bağlı sualı cavablandırarkən Vaşinqtonun sərt addımlar atacağını bəyan edib. Boyukmillet.com xəbər verir ki, jurnalistin İrandakı nüvə obyektlərinin vəziyyəti ilə bağlı sualına cavab verən Ağ Ev rəhbəri heç kimin gözləmədiyi qətiyyətli bəyanatla çıxış edib: “Biz nüvə materialının yerdəyişməsini izləyirik. Məhz orada indi əsas hadisələr cərəyan edir və biz yüksək ehtimalla həmin rayona çox …

Read More »

Ştaynmayer Berlində İlham Əliyevlə danışıqlar barədə məlumat verib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən danışıqlar barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, müvafiq paylaşım Almaniya prezidentinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. “Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlər, Ermənistan və Azərbaycan arasındakı sülh prosesi, eləcə də aktual regional və beynəlxalq məsələlər yer alıb”, – Ştaynmayer qeyd edib. O, Ermənistan və Azərbaycan arasında …

Read More »

Tariflər qayıtdı: Tramp bu ölkənin mallarına 50 faizlik əlavə rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz tarif tətbiq edib. Boyukmillet.com xəbər verir ki, müvafiq fərman Ağ Evin İnternet saytında dərc olunub. Sənəddə qeyd olunur ki, bu addım “Kanadada Amerika məhsullarına qarşı ayrı-seçkiliyə cavabdır”: “Söhbət Kanada mallarının bütün çeşidinə – şərabdan xokkey çubuqlarına və sementə qədər 50 faiz tariflərdən gedir”. Sənədə əsasən tariflər enerji, kalium, …

Read More »

SEPAH Bəhreyndə ABŞ-nin “Patriot” HHM sisteminin məhv edildiyini açıqlayıb

Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemi İran tərəfindən məhv edilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Əl-Mühərrəq bölgəsində HHM sistemi və bir radar, həmçinin Əl-Rifa bölgəsində “Patriot” sistemi eyni vaxtda həyata keçirilən raket və dron ilə hədəfə alınaraq məhv edilib. Hücumun ordunun “gələcək genişmiqyaslı əməliyyatlarının yolunu …

Read More »

İran ABŞ-yə xəbərdarlıq edib

Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasının efirində danışıb. “Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək”, – deyə o, …

Read More »