“Microsoft”un qurucusu Bill Qeyts xeyriyyə fondunun əməkdaşları qarşısında amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib. Milyarder fondun ümumi toplantısı zamanı şəxsi həyatı ilə bağlı da açıqlamalar verib. O, həyat yoldaşına xəyanət etdiyini etiraf edərək, rus qadınlarla münasibətlər yaşadığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyts qeyd edib ki, 2011-2014-cü illərdə Epşteynlə görüşüb, …
Read More »Danimarka öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır
Danimarka müdafiə naziri Troels Lund Poulsen nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya Danimarka torpağında nüvə silahlarının saxlanması məsələsini müzakirə etməyə açıqdır. Boyukmillet.com xəbər verir ki, o, 24 fevralda Kiyevə səfəri zamanı “Politiken”ə verdiyi müsahibədə müzakirənin NATO çərçivəsində aparılmalı olduğunu vurğulayıb: “Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə …
Read More »İŞİD Suriya ordusuna hücum etdi
İŞİD terrorçuları Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində silahlı hücum həyata keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı Suriya TV yayıb. Kanalın məlumatına görə, silahlılar İraqla sərhəddə yerləşən Bukamal şəhərində Suriya Ordusunun 86-cı Diviziyasının qərargahına hücum ediblər. Hökumət qüvvələri itki verib və onların sayı müəyyənləşdirilir. Dünən günortadan sonra Fərat çayının şərq sahilindəki əl-Bağuz və Sus rayonlarında Daxili Təhlükəsizlik Qüvvələrinin nəzarət məntəqələri atəşə tutulub. İŞİD …
Read More »ABŞ-da dövlət vəsaitləri sahəsində fırıldaqçılığa qarşı mübarizə başladı
ABŞ prezidenti Donald Tramp dövlət vəsaitlərinə münasibətdə fırıldaqçılıqla mübarizə kampaniyasına başlayıb. Boyukmillet.com xəbər verir o, bu barədə Konqresdəki illik çıxışında məlumat açıqlayıb. Trampın sözlərinə görə, kampaniyaya rəhbərliyi vitse-prezident J.D.Vens həyata keçirəcək: “Bu gecə, dörd ay əvvəl başlasa da, mən rəsmi olaraq görkəmli vitse-prezidentimiz J.D. Vensin rəhbərliyi ilə fırıldaqçılığa qarşı müharibə elan edirəm”.
Read More »SENSASİON İDDİA: Bu ölkələr Ukraynaya gizli şəkildə nüvə silahı ötürür
Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynanı nüvə silahı ilə təmin etməyə hazırlaşdığını iddia edib. Boyukmillet.com xəbər verir ki, XKX-in məlumatına görə, avropalılar silahların ötürülməsini Ukraynanın öz layihəsi kimi təqdim etməklə ört-basdır etmək istəyirlər. “Ukraynanın “möcüzə” ilə təchiz olunmasının zəruri olduğu hesab edilir”, – deyə XKX-in mətbuat bürosunun açıqlamasında bildirilir. Qurumun iddiasına əsasən, Berlin isə “bu təhlükəli avantürada iştirakdan …
Read More »Meksika Milli Qvardiyasının 25 hərbçisi narkokartel üzvləri ilə toqquşmalarda ölüb
Meksika Milli Qvardiyasının azı 25 hərbçisi “Xalisko Yeni Nəsil” narkokartelinin lideri El Mençonun ölümündən sonra kartel üzvlərinin hücumu nəticəsində ölüb. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Xarfuç mətbuat konfransında bildirib. O, həmçinin, ştat prokurorluğunun bir əməkdaşının da öldürüldüyünü qeyd edib. El Menço ləqəbi ilə tanınan Nemesio Oseqera Servantes Meksikanın ən çox axtarılan narkobaronu hesab …
Read More »Epşteynin qaranlıq arxivləri tapıldı: 6 gizli anbarda şok sübutlar gizlədilib
Dünyanın ən qalmaqallı cinayət işlərindən biri olan Ceffri Epşteyn işində yeni və sarsıdıcı detallar üzə çıxıb.Boyukmillet.com xəbər verir ki, “The Telegraph” qəzetinin əldə etdiyi sənədlərə görə, amerikalı maliyyəçi hakimiyyət orqanlarından fotoları, sənədləri və kompüterləri gizlətmək üçün ABŞ-ın müxtəlif ştatlarında altı məxfi anbar icarəyə götürüb.Nəşr qeyd edir ki, ABŞ hüquq-mühafizə orqanları indiyədək həmin anbarlarda heç bir axtarış aparmayıblar. Bu isə o deməkdir …
Read More »“Tramp rüsumları” ləğv edildi: Sabahdan etibarən ticarətdə yeni dövr başlayır
ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişiklik baş verib.Boyukmillet.com xəbər verir ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizəsi Xidməti bir sıra mallar üzrə tətbiq edilən əlavə idxal rüsumlarının sabahdan etibarən ləğv ediləcəyini rəsmən elan edib.Sözügedən qərar fevralın 24-dən etibarən qüvvəyə minəcək. Məlumata görə, söhbət Donald Trampın öz prezidentliyi dövründə “Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”na əsaslanaraq tətbiq etdiyi rüsumlardan gedir. ABŞ Ali Məhkəməsi bu …
Read More »Trampın iqamətgahının ərazisinə girmək istəyən silahlı şəxs zərərsizləşdirilib
ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı – Mar-a-Laqo ərazisinə qanunsuz daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb. Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif …
Read More »“Taliban” qadınlara qarşı zorakılığı qanuniləşdirir
“Taliban” Əfqanıstanda qadınlara qarşı zorakılığı qanuniləşdirən akt qəbul edib. Sənədi hərəkatın ali lideri Hibatullah Axundzadə təsdiqləyib. Yeni qaydalara görə, kişilər, yalnız “sümük sınığı və ya açıq yara” yaratmadığı halda, həyat yoldaşlarına fiziki güc tətbiq edə bilərlər. Ərinin icazəsi olmadan valideynlərinin evinə gedən qadınlar, hətta zorakılıqdan qaçmaq məqsədilə belə, 3 aya qədər həbs cəzası ilə üzləşə bilər. Rəqs edən və ya musiqi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar