Bolqarıstan aprelin 8-də saat 00:00-dan Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin reyestr limanından asılı olmayaraq ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, qadağa Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında tənzimləməsi əsasında tətbiq edilir. Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya bayrağı altında üzən gəmilərin Bolqarıstan limanlarına girişinə qadağa qoyulub.
Read More »NATO Belarusa xəbərdarlıq edib
“Rusiya Belarus vasitəsilə Ukraynaya zərbələr endirir”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. O, Belarusun Rusiya üçün platformaya çevrildiyini bildirib. NATO Baş katibi Belarusu bu müharibədə iştirak etməməyə çağırıb. Stoltenberq həmçinin söyləyib ki, NATO-nun Ukraynaya dəstəyi davam edəcək.
Read More »NATO Baş katibi: “Putin daha böyük müharibəyə hazırlaşır”
“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib. O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: …
Read More »Ukrayna Prezidenti Polşaya gedib
Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, o, həmkarı Andjey Duda və digər rəsmi şəxslərlə görüşəcək. Bu, genişmiqyaslı müharibə başlayandan bəri Zelenskinin Polşaya ilk rəsmi səfəridir. Liderlərin Ukraynadakı son durumu, həmçinin hərbi dəstəyi müzakirə edəcəkləri gözlənilir.
Read More »Bayden: “Putin müharibəyə başlayanda NATO-nu parçalayacağını düşünürdü”
“Putin amansız müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, səhv edirdi”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tvitter hesabında yazıb. “Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək”, – Bayden sosial şəbəkə hesabında yazıb. “Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm”, – ABŞ …
Read More »Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb
ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun press-relizində deyilir. “Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, – məlumatda deyilir. Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri …
Read More »Dünya Bankının prezidenti: “Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır”
Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla dollara ehtiyac olacaq. Boyukmillet.com xəbər verir ki, bunu DB-nin prezidenti Devid Malpas Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib. “Söhbət yalnız bərpa etmək, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün lazım olan yüz milyardlarla dollardan gedir. Yalnız bundan sonra gələcək haqqında düşünmək mümkün olacaq”, – Malpas deyib. Onun sözlərinə görə, ötən …
Read More »Donald Tramp həbs olunub
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir. Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır. Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə …
Read More »Bu gün Finlandiya NATO-nun 31-ci üzvü olur
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclası açılacaq. “Report” xəbər verir ki, Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam …
Read More »Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti dəftərxanasının mətbuat xidməti məlumat yayıb. Zelenski və Peyçinoviç-Buriç Çerniqov yaxınlığındakı Yaqodnoe kəndinə baş çəkiblər və dağıntıları izləyiblər.
Read More »