Çərşənbə , 1 Aprel 2026

Digər ölkələr

Putin Federal Təhlükəsizlik Xidmətinə ölkədə interneti kəsmək səlahiyyəti verdi

Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də Federal Təhlükəsizlik Xidmətinə (FTX) ölkədə interneti kəsmək və ya məhdudlaşdırmaq icazəsi verib. Putinin fevralın 20-də imzaladığı sərəncama əsasən, indi FTX həm mobil, həm də sabit internet provayderlərindən interneti söndürməyi tələb edə bilər. Son vaxtlar Rusiya hakimiyyəti Ukraynadan gələn pilotsuz uçan aparatların ölkəyə daxil olmasının qarşısını almağa çalışır. Bu aparatların çoxu Rusiyanın siqnallarından istifadə edir. Eyni zamanda, …

Read More »

Pezeşkian: İran nüvə danışıqlarında ABŞ-nin təzyiqinə təslim olmayacaq

İran prezidenti Məsud Pezeşkian ölkəsinin amerikalı həmkarı Donald Trampın Tehranı nüvə razılaşmasına nail olmağa məcbur etmək üçün məhdud hücumları nəzərdən keçirdiyini söyləməsindən sonra ABŞ-nin təzyiqinə təslim olmayacağına söz verib. Boyukmillet.com “Al Jazeera“yə istinadən xəbər verir ki, Pezeşkianın verdiyi açıqlamalar Fars körfəzindəki yüksək gərginlik fonunda səslənib. Məsud Pezeşkian İran Paralimpiya komandasının üzvlərinin şərəfinə keçirilən mərasimdə deyib: “Biz bu çətinliklərin heç biri …

Read More »

İrlandiya Fransadan külli miqdarda hərbi texnika alır

İrlandiya tezliklə Fransanın silah istehsalçısı KNDS France-dan yüzlərlə zirehli maşın alacaq. Boyukmillet.com xəbər verir ki, məlumatı “La Tribune Dimanche” qəzeti mənbələrə istinadən yayıb. Bildirilir ki, sifarişin dəyəri 1 milyard avrodan çoxdur. İrlandiya əsasən “Jaguar” kəşfiyyat və döyüş maşınları, “Serval” çoxməqsədli yüngül zirehli maşınlar, “Griffon” zirehli personal daşıyıcıları və “Caesar” özüyeriyən artilleriya qurğuları ilə maraqlanır. Müqavilə Fransa Silahlı Qüvvələri naziri Ketrin …

Read More »

Tramp ABŞ-nin xəstəxana gəmisinin Qrenlandiya sahillərinə göndərildiyini bildirib

ABŞ Prezidenti Donald Tramp yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə xəstəxana gəmisi göndərdiyini açıqlayıb. “Report”un məlumatına görə, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. “Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya heç kimin düşünmədiyi çoxsaylı xəstə insanlara qulluq etmək üçün gözəl bir xəstəxana gəmisi göndərəcəyik. O, artıq yola düşüb”, – Amerika lideri yazıb. Qeyd olunur …

Read More »

KİV: İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehrnews” məlumat yayıb. İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi “The New York Times”a müsahibəsində bildirib ki, İordaniya öz ərazisinin İrana qarşı hücumlar üçün plasdarm kimi istifadəsinə icazə verməyəcək. Rəsmi nümayəndə əlavə edib ki, İordaniya ABŞ ilə İran arasında davam edən danışıqların …

Read More »

Trampın “siyasi mühasirəsi” ilə bağlı İLGİNC İDDİA

ABŞ prezidenti Donald Tramp Konqresdə edəcəyi illik müraciət ərəfəsində ciddi siyasi təzyiqlərlə üzləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” saytında maraqlı yazı dərc olunub. Sayt analitiklərinin fikrincə, Ağ Ev rəhbəri çıxışa mənfi xəbərlər fonunda hazırlaşır və vəziyyət gözləniləndən daha mürəkkəbdir. Xəbərə görə, qubernatorlarla görüş zamanı Trampa Ali Məhkəmənin qərarı barədə məlumat verilib. Prezident qərarı “biabırçılıq” adlandıraraq görüşü yarımçıq tərk edib. …

Read More »

KİV: Rusiyada “İsgəndər” raketinin istehsal edildiyi zavoda PUA hücumu olub

Naməlum pilotsuz uçuş aparatları Rusiyanın Udmurtiya Respublikasındakı Votkinsk şəhərinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Breçalov məlumat verib. “Operativ məlumatlara görə, dağıntılar və xəsarət alanlar var. Hər kəsə lazımi köməklik göstərilir”, – deyə o bildirib. Yerli “Telegram” kanallarında hadisə şahidləri azı üç partlayış barədə məlumat verirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbələrin “İsgəndər” raket komplekslərinin istehsal olunduğu …

Read More »

Ərdoğandan bölgəni silkələyən AÇIQLAMA: Türkiyə döyüş təyyarəsi və aviadaşıyıcı istehsalına başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin döyüş təyyarələri və aviadaşıyıcılar istehsalına başlayacağını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, müqəddəs Ramazan ayının ilk günündə etdiyi çıxış zamanı danışıb. Türk lideri bildirib ki, son 23 ildə Ankara müdafiə sənayesində böyük texnoloji sıçrayış edib və əldə olunan nailiyyətlər Türkiyəni artıq silah alan ölkədən silah istehsal edən ölkəyə çevirir. Bu prosesin əsas …

Read More »

Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyi özünə məxsus veb saytında  açıqlayıb. Məlumata görə, Yeni Zelandiya həmçinin Rusiya neftinin qiymət həddini əvvəllər Aİ tərəfindən müəyyən edilmiş səviyyə olan 44,10 dollara endirib. Nazirlik qeyd edir ki, 20 fevral 2026-cı il tarixindən etibarən sanksiya siyahısı “23 şəxs, 13 təşkilat və 100 gəmi daxil …

Read More »

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq təklifi qəribə görünür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva regionda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.“Bilirsiniz, bunlar qəribə açıqlamalardır… Rusiya bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq müdafiə edib. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu …

Read More »