ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu fələstinlilərlə girovların dəyişdirilməsi ilə bağlı razılaşmaya razı salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC telekanalı İsrail hökumətinin rəsmisinə istinadən məlumat yayıb. Rəsminin sözlərinə görə, “bir neçə gün öncə Bayden beş günlük fasilə də daxil olmaqla yekun razılaşma ilə gəldi, Netanyahu isə dörd günlük fasilə elan etdi”. “Bu, Netanyahunun deyil, Baydenin razılaşması idi”, …
Read More »Almaniya maliyyə naziri büdcə problemləri fonunda dövlət katibini təqaüdə göndərib
Almaniyanın maliyyə naziri Kristian Lindner 60 milyard avroluq büdcənin bloklanması və bəzi layihələrin maliyyələşdirilməsinin dondurulması fonunda büdcə üzrə dövlət katibi Verner Qatseri istefaya göndərmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. K.Lindner nazirliyə uzun illər xidmət etdiyinə görə V.Qatserə təşəkkür edib və onun ölkə üçün müstəsna xidmətləri olduğunu qeyd edib. V.Qatser dekabrın 31-dək tutduğu vəzifəni …
Read More »İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs başlayıb
İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan (Bakı vaxtı ilıə – red) başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza Zolağından çıxarılacaq. Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib. …
Read More »Qəzzada quru əməliyyatı nəticəsində İsrail ordusunun itkiləri 69-a çatıb
Oktyabrın 27-də quru əməliyyatı başlayandan bəri Qəzza zolağında HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 69 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Son 24 saat ərzində Qəzza zolağının şimalında bir İsrail hərbçisi ölüb, digəri isə ağır yaralanıb. Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrail ordusunun ümumi itkiləri 390 nəfərə çatıb.
Read More »Rusiya ilk gündən buna çağırış edirdi – Zaxarova
Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz buna çağırış edirdi. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini alqışlayırıq”, …
Read More »ABŞ dövlət katibi yenidən İsrailə gedəcək
ABŞ dövlət katibi Antoni Blinken gələn həftənin əvvəlində İsrailə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi Qəzzada davam edən döyüşlərlə bağlı danışıqlar aparmaqdır. Xatırladaq ki, A.Blinken sonuncu dəfə noyabrın 3-də İsraildə olub. Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
Read More »İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub
İraqın Ənbar əyalətinin Ayn-əl-Asad rayonunda ABŞ-nin hərbi bazası raket hücumuna məruz qalıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb. Məlumata görə, ABŞ bazasına hücum noyabrın 21-də səhər saatlarında edilib. Hadisə nəticəsində dəyən ziyan və itkilər barədə informasiya verilməyib. “İraq İslam müqavimət” hərəkatı noyabrın 20-də axşam saatlarında Birləşmiş Ştatların Ayn-əl-Asad bazasına PUA ilə hücum etdiyini bildirmişdi.
Read More »MİT PKK-nin rəhbərliyində təmsil olunan terrorçunu məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbərlərindən biri Gülsüme Doğan məhv edilib. “Jiyan Mardin” kod adlı terrorçu təşkilata xərac toplayır və yeni üzvlər cəlb edirdi.
Read More »Argentinada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb
Argentinada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00-da) açılacaq və saat 18:00-a qədər (Bakı vaxtı ilə 01:00-dək) açıq qalacaq. Ən yüksək dövlət postu uğrunda beş namizəd yarışır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni …
Read More »Nikaraqua nümayəndəsi “Kainat gözəli” müsabiqəsinin qalibi olub
Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub. Boyukmillet.com xəbər verir ki, tədbir müsabiqənin “YouTube” kanalında yayımlanıb. “Müsabiqə iştirakçılarını, təşkilatçıları və müxtəlif ölkələrdən gəlmiş qonaqları qəbul etməkdən şərəf duyduq. “Kainat gözəli” müsabiqəsi bizə nəyə qadir olduğumuzu dünyaya göstərmək imkanı verib. Salvadorun intibahının bir parçası olmağı seçdiyiniz üçün təşəkkür edirik”, – Mərkəzi …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
