Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib. “Bu gün Mariupol humanitar dəhlizi çərçivəsində 344 nəfər təxliyyə edilib. Bunlar Mariupol, Manquş, Berdyansk, Tokmak və Vasilivkadan olan qadınlar, uşaqlar və qocalardır. Onların hamısı Zaporojyeyə yenicə gəliblər. Bizim üçün daha bir …
Read More »Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb
Tunisin Sahil Mühafizəsi aprelin sonlarında ölkə sahillərində qayıqların batması ilə nəticələnən qəzada həlak olan daha 24 miqrantın meyitini tapıb. Boyukmillet.com xəbər verir ki, ölənlərin sayı artıq 67-yə çatıb. 50-dən çox insanın hələ də itkin düşdüyü qeyd edilir. Son 48 saat ərzində Tunis Milli Qvardiyasının bölmələri ölkənin dəniz sərhədlərini qanunsuz keçməyə cəhd edən 30-a yaxın afrikalı miqrantı saxlayıb. Xatırladaq ki, aprelin …
Read More »Pentaqon: Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək
Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək. “Boyukmillet.com” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib. “Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq”, – Ostin deyib. O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər. Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə …
Read More »BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirəcək
BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirmək niyyətindədir. “Boyukmillet.com” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, BMT-nin minalardan təmizləmə xidməti (UNMAS) Ukraynaya yardım göstərmək üçün mexanizmlər hazırlayır, onun nümayəndələri minalardan təmizlənmə tələb edilən yerlər haqqında məlumat toplayır. Nazirliyin məlumatına görə, təxminən 300 min kvadrat kilometr ərazinin minalardan təmizlənməsinə ehtiyac var. Buna görə …
Read More »İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub
İraqın Mosul şəhərinin Sincar rayonunda PKK/YBŞ terror təşkilatının silahlıları ilə İraq ordusunun bölmələri arasında atışma olub. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, atışma zamanı İraqın 1 əsgəri həlak olub. Ölkə rəsmilərindən biri bildirib ki, ordu bölmələri ilə PKK terrorçuları arasında baş verən silahlı qarşıdurmalara görə 50 ailə evlərini tərk edib. Onlar xüsusi düşərgəyə yerləşdiriləcək. “Rudaw” kanalının xəbərinə görə, …
Read More »ABŞ Ukraynaya daha 5 min ədəd “Javelin” raketi verəcək
ABŞ-dan daha 5 000 tank əleyhinə “Javelin” raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq. Bu barədə “Boyukmillet.com” Pentaqonun sözçüsü Con Kirbinin brifinq zamanı açıqlamasına istinadən xəbər verir. Kirbi qeyd edib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək. Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün M113 zirehli transportyorlarının yüklənməsinə başlayıb. Pentaqon avtomobillərin yük maşınlarının qoşqularına yüklənməsinin …
Read More »Almaniya Rusiya neftinə embarqo qoyulmasına israrlıdır
Almaniya Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün dayandırılmasına hazırlaşmaq üçün bir neçə ay lazım olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis “Financial Times”a müsahibəsində bildirib. “Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin ölkə üçün digər neft tədarük mənbələrini təmin edə bildiyimizə əmin olmaq üçün bizə bir az vaxt lazımdır”- deyə, o bildirib. …
Read More »Niderland limanları Rusiya nefti olan gəmiləri qəbul etməkdə davam edir
Niderlandlı liman işçilərinin Rusiya nefti ilə yüklənən “Sunny Liger” gəmisini boşaltmaqdan imtina etməsi tək bir hadisə idi. Rusiya nefti daşıyan gəmilər Niderlanda gəlməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Niderlandın Yayım Korporasiyası” məlumat yayıb. “CB Caribic neft tankeri bu gün səhər saatlarında Amsterdam limanına daxil olub. Bildiyimizə görə, onun boşaldılmasında heç bir problem olmayıb. Bu onunla bağlıdır ki, …
Read More »Çin NATO-nun sabitliyi pozmağı planlaşdırdığı yeni bölgənin adını açıqlayıb
NATO ABŞ-ın dünya hökmranlığını təmin etmək üçün Asiya-Sakit Okean regionunda (APR) sabitliyi pozmağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “CGTN” portalı yazıb. Nəşrin müəllifinin qeyd etdiyi kimi, Şimali Atlantika Alyansı özünü müdafiə ittifaqı kimi təqdim edir, lakin eyni zamanda intensiv şəkildə hərbi münaqişələri genişləndirir və alovlandırır. “NATO sülh və təhlükəsizlik üçün çağırış edir, lakin eyni zamanda digər ölkələrə …
Read More »Türkiyə XİN rəhbəri: “Müttəfiqlərdən birinə hücum olarsa, NATO Rusiyaya lazımi cavabı verəcək”
“Şimali Atlantika Alyansı müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. Xarici işlər naziri qeyd edib ki, alyans Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil: “NATO-nun mövqeyi bəllidir. Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”.
Read More »