Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Zelenski: “Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”

“Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib. “Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, – Prezident bildirib. V.Zelenski deyib ki, …

Read More »

ABŞ Rusiya neftinə embarqo qoyacaq

ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib. “Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, – Cozef Bayden qeyd edib. “Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub”, – ABŞ rəhbəri vurğulayıb. Onun sözlərinə …

Read More »

NATO Ukraynaya qoşun göndərməyəcək

“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”. Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, – deyə o vurğulayıb. Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.

Read More »

Üç NATO ölkəsi Ukraynaya 70 təyyarə verəcək

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək. Boyukmillet.com məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, – məlumatda deyilir. Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd …

Read More »

ABŞ dövlət katibi Ukraynaya silah və Rusiyaya qarşı sanksiyalar vəd edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə yazıb. Onun sözlərinə görə, Ukrayna ABŞ-dan Rusiyaya qarşı daha ​​çox sanksiyalar, ölkə üçün isə silahlar istəyir: “Dövlət katibi təsdiqləyib ki, həm birinci, həm də ikincilər daha çox olacaq. Biz növbəti addımlar barədə razılığa gəldik”, – …

Read More »

Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib. “Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, – o deyib. Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar – Red) dəyərində silahlar tədarük …

Read More »

Britaniya Rusiyanı İnterpoldan çıxarmağa çalışır

Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın İnterpoldan çıxarılmasına çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən daxili işlər naziri Priti Patel bildirib. “Ukrayna hökuməti bu gün Rusiya hökumətinin İnterpola üzvlüyünün dayandırılmasını tələb edib. Biz buna nail olmaq üçün beynəlxalq səylərə rəhbərlik edəcəyik”, – nazir deyib.

Read More »

Qərbi Azərbaycan İcmasının sədri İqdırda Xocalı soyqırımının Anım tədbirində iştirak etmişdir

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Türkiyənin İqdır şəhərində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun və İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləəmə Dərnəyinin birgə təşkilatçılığı ilə Anım tədbiri keçirilmişdir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də tədbirdə iştirak və çıxış etmişdir.İqdır Mədəniyyət Evində keçirilən …

Read More »

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bildirib. Həmin vəsaitlər Ukrayna əhalisini və iqtisadiyyatını dəstəkləmək üçün istifadə olunacaq. Di Mayo qeyd edib ki, 110 milyon avro maliyyə Kiyevlə razılaşdırılacaq sahələrə yönəldiləcək.

Read More »