Bazar , 19 May 2024
Drone Cameras

“Biz mütləq qalib gələcəyik”- Zelenski İlan adasında – Video

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.

Boyukmillet.com xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb.

Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik”.

Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak da olub.

Xatırladaq ki, Qara dənizdə yerləşən Ukraynaya məxsus İlan adası Rusiyanın Ukraynaya hücumunun ilk günlərində tutulmuşdu. 2022-ci ilin iyun ayında isə ada Ukrayna qüvvələri tərəfindən azad olunub.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …