Çərşənbə , 9 Aprel 2025

Digər ölkələr

Ukrayna lideri Rusiya ilə danışıqlarda prioritetləri açıqlayıb

Rusiya ilə aparılan danışıqlarda prioritetlər qarşıdurmaya son qoymaq, təhlükəsizliyə, suverenliyə zəmanət vermək və ərazi bütövlüyünü bərpa etməkdir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Danışıqlardakı prioritetlərim tamamilə aydındır. Müharibəni dayandırmaq, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, ölkəmiz üçün real təminatlar və müdafiədir”, – Zelenski bildirib.

Read More »

NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başlayıb

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir. Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub. NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir. Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.

Read More »

BMT Baş katibi: “Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir”

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqlara çağırıb. Boyukmillet.com xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter sosial şəbəkəsindəki hesabında yazıb. “Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir. Bu faciəyə son qoyulmalıdır. Bizə hərbi əməliyyatların dərhal dayandırılması və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında …

Read More »

BMT Ukraynaya humanitar yardım məqsədilə 40 milyon dollar ayıracaq

BMT ukraynalılara humanitar yardım göstərilməsi məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə olaraq 40 milyon ABŞ dolları ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterriş jurnalistlərə açıqlamasında bildirib. “Bu gün elan edirəm ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynada əhalinin ən həssas təbəqələrinə həyati vacib yardımı artırmaq məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə 40 milyon dollar ayıracaq. …

Read More »

Polşa prezidenti Rusiyanın kütləvi qırğın silahlarından istifadəsinin nəticələrindən danışıb

“Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə, NATO liderləri alyansın gələcək hərəkətlərini müzakirə etməyə məcbur olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda BBC-yə müsahibəsində deyib. Polşa lideri ümid etdiyini bildirib ki, Rusiya ordusu kimyəvi, bioloji, nüvə və ya hər hansı digər kütləvi qırğın silahlarından istifadə etməyəcək: “Hər kəs ümid edir ki, bu belə …

Read More »

Ukraynada 140 min insan humanitar dəhlizlə təxliyə edilib

“Artıq 140 min Ukrayna sakini humanitar dəhlizlərlə döyüş bölgəsindən təxliyə edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bəyan edib. Bundan əlavə, Vereşçuk bəyan edib ki, Kiyev vilayətinin Borodyanka şəhərindən Jitomirə, Kiyev vilayətinin Svetilnya və Bolşaya Dımerka kəndlərindən Brovarıya doğru, Kiyev vilayətinin Pobeda kəndindən Kiyev istiqamətində yeni humanitar marşrutlar açılacaq.

Read More »

Pentaqonla Rusiya Müdafiə Nazirliyi arasında əlaqə kanalı işləyir

Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında rabitə kanalı təsadüfi münaqişələrin qarşısını almaq üçün işləyir, lakin Ukrayna kontekstində istifadə edilməyib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib. “Münaqişənin aradan qaldırılması xəttinə gəlincə, mən konkret heç nə deyə bilmərəm, başqa sözlə, məzmun baxımından heç nə tələb olunmurdu, amma biz bunu gündə bir-iki dəfə sınaqdan keçiririk və indiyə …

Read More »

Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur”

“Moldovanın və digər ölkələrin Avrop İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı yenidən nəzərdən keçirilməlidir”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Cavab xeyrdir”, – deyə Makron Moldovanın, Qərbi Balkan ölkələrinin, eləcə də birliyə qoşulmaq istəklərini bəyan edən Ukraynanın hazırkı şəraitində Aİ-yə sürətləndirilmiş qəbulun mümkünlüyü barədə bildirib. “Biz qarşıdakı aylarda bugünkü Avropamızın nə olduğunu dərindən yenidən …

Read More »

Qırğızıstanla Tacikistan arasında atışma olub

Qırğız Respublikası ilə Tacikistan arasındakı dövlət sərhədində silahlı qarşıdurma olub. Boyukmillet.com “Kabar”a istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin informasiya və kommunikasiya idarəsi bildirib. Məlumata görə, martın 10-da səhər saatlarında Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayəti Batken rayonun Teskey məntəqəsində sərhədin müəyyən edilməyən hissəsində növbə çəkərkən qarşı tərəfin sərhədçiləri əvvəllər hərəkət etdikləri marşrutu dəyişib. Tacikistan hərbçiləri …

Read More »

KİV: “Yaponiya Ukraynaya raket və hərbi sursat verməkdən imtina edib”

Yaponiya Ukraynaya tankəleyhinə raketlər və hərbi sursat verməkdən imtina edib. Boyukmillet.com “Kiodo”ya istinadən xəbər verir ki, Yaponiya tərəfi bunu sorğunu yerinə yetirməyin hüquqi baxımdan çətin olması ilə əsaslandırıb. Yaponiya hökuməti Ukraynaya qoruyucu jilet və dəbilqələr təqdim etmək qərarına gəlib. Məlumata görə, Ukrayna tərəfi fevralın sonlarında müvafiq sorğu ilə Yaponiyaya müraciət etmişdi. Yaponiya hökumətinə görə, silah göndərilməsi üçün ölkə xaricinə silah tədarükü …

Read More »