Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Ərdoğana qarşı bütün müxalifət birləşmişdi – Hakan

İqtisadiyyatdakı vəziyyət, zəlzələ, pandemiya, müharibə və s. heç birinin təsiri olmadı. Rəcəb Tayyib Ərdoğan yenə qalib gəldi.

Boyukmillet.com xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əhməd Hakan “Hürriyyət” nəşrində yayımlanan analizində qeyd edib.

O bildirib ki, bu şərtlər altında qalib gəlmək Ərdoğan üçün böyük uğurdur:

“Bu keçmiş qələbələrdən daha vacibdir. “Altılı masa” qurğusu, kənardan HDP dəstəyi, bol-bol paylanan prezident yardımları heç biri fayda vermədi. İmamoğlu və Yavaş bu yarışda elə ön plana çıxdılar ki, qələbə qazanılsaydı, onların bunda payı olacaqdı. Ancaq məğlub olduqlarına görə bunda da ayrı bir payları var. Kılıçdaroğlunun aldığı səslərin içində İYİ Partiyasının, HDP-nin, dörd kiçik partiyanın və Ümid Özdağın səsi var. Buna görə də CHP-nin “tariximizdə ən yüksək səsi aldıq” deməsi sadəcə özünü aldatmasıdır.

2014, 2018, 2023… Dəyişən heç nə yoxdur. Müxalifət əvvəl ayrı-ayrılıqda, sonra birləşərək mübarizə aparsalar da, uduzdular. Müxalifətin bu çıxılmaz vəziyyətdən qurtulmasının iki yolu var: birincisi, öz partiyalarının rəhbərliyini, sonra bu düşüncə tərzini dəyişmək”.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …